sehiyye.info

Lesbiyanlıq

Lesbiyanlıq
Lesbiyanlıq qadınla qadın arasında intim əlaqənin olmasıdır. Lesbiyanlar haqqında mütəxəssislərin apardığı araşdırmaların nətcəsi eyni olmuşdur. Bütün lesbiyan qadınların hamısı öz hərəkətlərinə aşağıdakı sözlərlə bəraət qazandırmağa çalışıblar:
- Məni kimsə sevmir.
- Mən tənhayam, kimsəm yoxdur.
- Ərə getsəm bundan əl çəkə bilərəm.
- Uşaqlıqda məni zorladılar, ona görə belə oldum.
- Burada utanılacaq bir şey yoxdur.
- Kişilərdən qorxduğum üçün belə oldum.
Lesbiyanlıq xəstəlik sayılmır. O anadangəlmə və qazanılma bir hiss kimi ortaya çıxa bilir. Anadangəlmə lesbiyanlıq qız uşaqlqrının yaşları az olduğu zamanlardan özünü göstərir. Belə qızlar oğlanlara meyl eləmir, xoşlarına gələn qızlara heyranlıqla baxırlar. Adətən belə qızların ailə həyatı qurmağa həvəsi olmur, evlənsələr də özlərini xoşbəxt saymırlar. Bu cür qadınlar yalnız qadınlardan həzz alırlar. Onlar xoşlandıqları qadınla cinsi əlaqədə olduqda həm fiziki, həm də duyğu cəhətdən tamamlanırlar.



REKLAM