Qadınlar bu yaşdan sonra cinsi əlaqədən daha çox həzz alırlar - Araşdırma
40 yaşını ötmək, qocalmaq bir çox qadın üçün qorxulu görünsə də, araşdırmaya görə, bu yaşda qadınların cinsi həyatında yeni dövr başlayır.
Sehiyye.info xarici mediaya istinadla bildirir ki, qadınların 30 yaşdan sonra depressiyaya düşdüyü və cinsi həyatlarının getdikcə azaldığı fikri mütəxəssislər tərəfindən yalan çıxarılıb.
İngiltərədə aparılan yeni araşdırmaya görə, qadınların cinsi həyatında ən zövqlü dövr 40 yaşından sonra başlayır.
40 yaşlarında olan qadınlar cinsi həyatlarında daha inamlı olurlar və daha çox həzz almağa başlayırlar.
“Nottingem Trent” Universitetinin Psixologiya Departamentindən Jill Arnold bir qrup qadınla sorğu keçirib.
Arnold fotoqraf qızı ilə birlikdə sorğuda iştirak edən qadınların yaşlandıqca özlərini necə gördükləri ilə bağlı layihəyə başlayıb.
Özlərinə daha çox güvənirlər
Tədqiqata qatılan 45-65 yaş arası 50 qadın keçmişlə müqayisədə özlərini daha inamlı, güvənli və yaradıcı hiss etdiklərini bildiriblər.
“Qadınlar orta yaşa çatana qədər karyeralarına və uşaqlarına daha çox vaxt ayırırlar” deyən Arnold, nə istədiklərini bilmənin qadınların özünə inamını artırdığını deyib.
Araşdırmaya qatılan qadınlar 40 yaşından sonra sadəcə cinsi birlikdəlikdən deyil, həyatdan da daha çox həzz almağa başladıqlarını deyib. Eyni zamanda, qadınların bu dövrdə necə göründüklərini daha az düşündükləri vurğulanıb.//bakupost