Nəfəs çatışmazlığınız varsa-DİQQƏT
İnsanlarda nəfəs çatışmazlığının səbəbləri müxtəlif ola bilər.
Sehiyye.info xəbər verir ki,mütəxəssislər nəfəs çatışmazlığının bəzi xəstəliklərin xəbərçisi ola biləcəyi fikrindədirlər.
Belə ki, nəfəs darlığı çəkənlər bir çox xəstəliklərin əlamətini daşıya bilər. Həkimlər tənəffüslə bağlı şikayəti olanların ağciyər və ürəklə bağlı problemlərinin ola biləcəyini xəbər verirlər.
Bəzən fiziki iş və idman da nəfəs çatışmazlığına səbəb ola bilər. Lakin bəzən insan istirahət edərkən də nəfəs alıb-verməkdə çətinlik çəkirsə o halda bu, nəfəs darlığına səbəb olan bir xəstəliyin əlaməti ola bilər.
Nəfəs çatışmazlığına psixoloji səbəblərin də təsiri ola bilər.
Əgər xəstədə heç bir sağlamlıq probleminin yoxdursa, amma buna baxmayaraq, yenə də nəfəs çatışmazlığı hiss edirsə, deməli bu psixoloji səbəblərdən doğan haldır. Bu vəziyyətə psixoloji nəfəs darlığı da deyilir. Bu zaman həmin psixoloji xəstəliyi də müalicə etmək lazımdır.
Nəfəs darlığının müalicəsi üçün əvvəlcə xəstəliyin səbəblərini araşdırmaq lazımdır. Buna ən böyük səbəb isə ağciyər və ürək ola bilər. Ona görə də, tənəffüslə bağlı şikayəti olan xəstələr ilk öncə ağciyər və ürəklərini müayinədən keçirtməlidirlər.
Nəfəs çatışmazlığı olanların siqaretdən uzaq durmağı da onların xeyirinədir.//modern.az