Gövhər tanınmış cərrahın qızı imiş - FOTO

Xəbər verdiyimiz kimi, İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında Gövhər Beydullayeva dünya çempionu olub.
Sehiyye.info bildirir ki,metbuat.az-ın məlumatına görə, Gövhər şair-publisist və filoloq Ömürşah Beydullayevin nəvəsidir. Atası Kamran Beydullayev isə tanınmış cərrah- transplantoloqdur.
Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili alıb və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb.Müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir. 2018-ci ildən Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi çalışır.
Anası Sevinc Beydullayeva isə Sumqayıt şəhər 5 nömrəli məktəbin riyaziyyat müəllimidir.
Qeyd edək ki, İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında yarışda Gövhər Beydullayeva və Abdulla Qədimbəyli dünya çempionu olub.