sehiyye.info

Samir Hacıbabayev

Samir Hacıbabayev

Op.Dr. Samir Hacıbabayev- Ümumi, qastroenteroloji və onkoloji cərrah

1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirmişdir. Ümumi cərrahiyyə və cərrahi onkologiya üzrə ixtisaslaşıb. Hərbi Tibb fakültəsində hərbi – səhra cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.

2006-2009-cu ildə Piroqov adına Moskva Milli Cərrahlıq Mərkəzində cərrahiyyə üzrə aspirantura keçib.

2010-cu ildə ABŞ-ın Klivlend Klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Qaraciyər Nəqli” şöbəsində təcrübə keçib.

The Transplantation Society-nin üzvüdür.

İcra olunan prosedurlar
Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində planlı və təcili əməliyyatlar.

Əməliyyatdaxili endoskopiyanın, USM və rentgenoloji müayinənin tətbiqi.

Ən müasir avadanlıqlarla (Karl Storz, Covidien, Ethicon) radikal və geniş əməliyyatlar.

Təhlükəsiz əməliyyat və əməliyyat sonrakı dövr üçün müasir protokoların tətbiqi.

Dr. Samir Hacıbabayev tərəfindən həyata keçirilən əməliyyatlar:

Qaraciyər, öd yolları, mədəaltı vəzi üzərində əməliyyatlar:

Qaraciyərin anatomik iri və kiçik həcmli rezeksiyaları, öd yollarında endoskopik və açıq üsulla rekonstruktiv əməliyyatlar, əməliyyatdaxili xolangioskopiya və xolangioqrafiya.

Öd yollarının Rentgen və Ultrasəs rəhbərliyi altında drenajı

Mədəaltı vəzi üzərində əməliyyatlar(Whipple əməliyyatı,distal rezeksiyalar,splenektomiya ilə)

Mədə və qida borusunda əməliyyatlar:

Mədədə rekonstruktiv əməliyyatlar

Qid borusu daralmalarında və törəmələrində 2 və 3 sahəli geniş əməliyyatlar

Qida borusu üzərində endoskopik əməliyyatlar

Diafraqmal yırtıq və axalaziyaya görə əməliyyatlar

Qida borusunun və mədənin yad cisimlərinin çıxarılması

Qida borusunun varikoz damarları üzərində müdaxilələr

Yırtıq əməliyyatları:

Laparoskopik və açıq üsulla yırtıq əməliyyatları

Diafraqmal yırtıq əməliyyatları

Qarnın ön divarının mürəkkəb və nəhəng yırtıqlarının bərpası, süni protezlərin tətbiqi

Bağırsaqlarda əməliyyatlar:

Nazik bağırsaq üzərində endoskopik əməliyyatlar

Laparoskopik üsulla yoğun bağırsaq əməliyyatlarının həyata keçirilməsi, sağ və soltərəfli hemikolektomiyalar,

Total kolektomiya, ileoanal rezervuarların yaradılması

Transanal əməliyyatların aparılması

Real Hospital-Cərrahiyyə şöbəsi.
Zahid Xəlilov küç.99
Tel: +994 55 660 03 00
+99 450 327 16 85
http://endoskopist.az/
Samir Hacıbabayev



REKLAM