sehiyye.info

Azərbaycanda koronavirus: 5 ilə və 300 milyon manata bitəcək

Azərbaycanda koronavirus: 5 ilə və 300 milyon manata bitəcək
Yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənmə prosesi başlayıb. İlkin mərhələdə tibb işçiləri və xüsusi risk qrupuna daxil olan insanlar (65 yaşdan yuxarı) peyvəndləndi. Nazirlər Kabinetinin məlumatına görə, bu günədək 65 min nəfərə artıq vaksin vurulub. Ümumilikdə isə ölkəmizə 848 min doz vaksin gətirilib.

Məlumat üçün bildirək ki, dünyada koronavirusun bitməsi və ölkələrin əvvəlki həyata geri qaytması üçün əhalinin 75 faizi peyvənd olunmalıdır.

Maraqlıdır ki, Azərbaycanda peyvənlənmə nə qədər müddət davam edəcək?

Bu barədə Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, yaxın 5 il ərzində də koronavirus bizimlə qalacaq:



“65 min nəfər COVİD-19 xəstəliyinə qarşı peyvənd edilib, yəni hər 10 günə təqribən 32 500 nəfər peyvəndlənib. Bu minvalla 1 aya 97 500 nəfər peyvəndlənəcək. Kollektiv immunitetin yaranması üçün bundan 100 dəfə çox sayda, yəni 6 milyon yarım insanın peyvənd edilməsi lazımdır. Təqribi hesablasaq, 200 gün ərzində 650 min nəfər və 2000 gün ərzində 6 500 000 insan peyvəndlənəcək. Bu da 5,5 il deməkdir.

Nəzərə alsaq ki, peyvənd edilən insanda yaranan immunitet onu COVID-19-dan cəmi 6 ay qoruyur, sonra o şəxs təkrar yoluxa bilir. O zaman biz 6 ay ərzində təqribən 6 500 000 insana peyvənd etməliyik. 6 ay ərzində bunu edə bilməsək, o zaman 7-ci ay ilk ayda peyvəndlənən 97 500 şəxsi yenidən daha 2 doza peyvəndləməliyik. Bu da 195 min doza peyvənd edir.

Növbəti gecikdiyimiz hər aya görə əlavə 195 min doza peyvənd almalıyıq”.

Həkim bu müddət ərzində peyvəndlənmənin nə qədər xərc tələb edəcəyini də hesablayıb:

“Bir doza “Sinovac/Coronavac” peyvəndi 15 dollardır, 2 doza 30 dollar, yəni bir şəxsə 2 doza-30 dollarlıq peyvənd edilməlidir. 5 il müddətində isə bu məbləğ 300 milyon manat edəcək. Ona görə də peyvəndləmə prosesini sürətləndirmək, qısa müddət ərzində daha çox sayda əhali kəsimini peyvənd etmək daha məqsədəuyğun olar və karantin rejimləri daha tez bitər. Dayandırılmış sahələrin fəaliyyəti daha tez bərpa ediılər. Bunun üçün həm də əhali olaraq peyvəndlənmə üçün daha çox müraciət etməliyik”.



REKLAM