sehiyye.info

COVID-19-a qarşı peyvəndin 1-ci dozasının vurulması infeksiya riskini azaldır

COVID-19-a qarşı peyvəndin 1-ci dozasının vurulması infeksiya riskini azaldır
Yeni növ koronavirusa qarşı vaksinin birinci komponentinin bədənə yeridilməsi xəstə şəxslərdən infeksiyanın ötürülməsi ehtimalını 2 dəfə azaldır.
Sehiyye.info məlumat verir ki, bu barədə Böyük Britaniyanın “Public Health England” xidmətinin tədqiqatında deyilir.

Dərc olunan məlumatlara görə, ABŞ istehsalı olan “Pfizer” və ya Böyük Britaniya və İsveçin birgə hazırladığı "AstraZeneca" vaksinlərinin birinci dozası vurulmuş şəxslərin koronavirus infeksiyasını ötürmək ehtimalı 38-49% daha aşağıdır. “Bu tədqiqat onların (vaksinlərin) ölümcül virusun ötürülmə ehtimalını da aşağı saldığı barədə real məlumat təqdim edir”, - Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib.//olke



REKLAM