sehiyye.info

Koronavirus müəmması çözülür: “Yeddi il əvvəl...”

Koronavirus müəmması çözülür: “Yeddi il əvvəl...”
“Əslində koronavirus yeni deyil, 2013-cü ildə Çində fəaliyyətini dayandırmış bir mədəndə kəşf olunub”.

Sehiyye.info xəbər verir ki, bu barədə İngiltərənin “Sunday Times” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr yazır ki, aparılan araşdırmalar yeni növ koronavirusun 7 il əvvəl yarasa və siçanların yaşadığı bir mədəndə kəşf edildiyini göstərir. Elm adamları bunu tapdıqdan sonra uzun müddət səsziz qalıblar.
Çinin cənub-qərbində yerləşən mədənə girən 6 elm adamında yüksək temperatur, öskürək və sətəlcəmin simptomlarının göründüyü iddia edilib. Elm adamlarından ikisinin qısa müddətdən sonra həyatını itirdiyi bildirilib.


Vuhandakı institutun dünyadakı ən böyük laboratoriyalardan biri olduğunu yazan “Sunday Times” Çinin fərqli bölgələrindən yüzlərlə koronavirus nümunəsinin toplanıb bura gətirildiyini vurğulayıb. Vuhan İnstitutunun bu araşdırmaları təxirə saldığı, çünki o dönəmdə bunun SARS qədər geniş yayılmadığı qeyd edilib.//Teleqraf



REKLAM