sehiyye.info

Koronavirus: Qoxu və dadbilmə hissinin itirilməsi əsas simptomlardımı?

Koronavirus: Qoxu və dadbilmə hissinin itirilməsi əsas simptomlardımı?
Britaniya tədqiqatçılarına əsasən, qoxu və ya dadbilmə hissinin itirilməsi koronovirusa yoluxduğunuzu göstərən əlamətlər sayıla bilər.

Sehiyye.info xəbərverir ki,Londondakı Kings College Universitetinin alimləri Covid-19 simptomları ilə bağlı 400 mindən çox insanın smartfon tətbiqinə verdiyi cavabları təhlil ediblər, BBC-nin səhiyyə məsələləri üzrə redaktoru Michelle Roberts-in məlumatında deyilir.

Ancaq qoxu və iybilmə hissinin yoxa çıxması adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəlikləri vaxtı da müşahidə oluna bilər.

Buna görə mütəxəssislər müayinə və müalicənin təyin edilməsində qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyyə edirlər.



REKLAM