sehiyye.info

Yağışın insan bədəninə 7 TƏSİRİ Sağlamlıq7 May 2020 19:232 893 Baxış

Yağışın insan bədəninə 7 TƏSİRİ Sağlamlıq7 May 2020 19:232 893 Baxış
Bir çox insan yağış səsini sevir. Kimsə bunu romantik və sakitləşdirici hesab edir, digərləri üçün yağış qoxusu stressi aradan qaldırmağa kömək edən ən gözəl təbiət hadisəsidir. Yağışda gəzmək müalicəvi təsir göstərə bilər: beyni sakitləşdirir, yatmış düşüncələrin və duyğuların sərbəst buraxılmasına kömək edir.

Yağışın qoxusuna hətta 1960-cı illərdə iki Avstraliya alimi tərəfindən tərtib edilmiş xüsusi ad verilib: petrikor. Bu aroma torpaq bakteriyaları, quruda bitkilərin buraxdığı yağlar və ozon, oksigen və azot molekullarını parçalayaraq azot oksidinə çevirərkən meydana gələn kimyəvi qarışıqdır.

Yağışlı günlər stressin öhdəsindən gəlməyə, əhvalı yaxşılaşdırmağa, sakitləşməyə və bu anın dadını çıxarmağa kömək edir.

Sehiyye.info oxucuları yağışın insan bədəninə 7 təsiri ilə tanış edir:

1. Yağışın qoxusu beyni aktivləşdirir.

2. Yüksək nəmlik dəri və saçları qidalandırır, yeri gəlmişkən yağış qələvi xüsusiyyətə malik olduğundan baş dərisi üçün faydalıdır.

3. Yapon alimləri müəyyənləşdiriblər ki, soyuq, yağışlı havalarda məşqlər daha çox kalori və yağ yandırır, nəinki isti havada edilən idman.

4. Yağış damcıları toz və mikrobları udur, havanı təmizləyir.

5. Yağışda gəzmək üsyankar əhval-ruhiyyə yaradır, odur ki, hər hansı qaydanı pozmaq istəyirsinizsə, özünüzü tutmayın.

6. Yağışda gəzmək insana problemləri fərqli istiqamətdən görməyə kömək edir.

7. Yağış zamanı küçələrə çıxan insanların sayı az olduğundan, belə havalarda gəzmək fikir və hisslərimizi tənzimləməyə imkan verir.Publika.az



REKLAM