sehiyye.info

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov Türkiyənin Antalya şəhərində keçirilən 6-cı Milli və 5-ci Aralıq dənizi metabolik xəstəliklər, eyni zamanda, 1-ci milli metabolik və bariatrik cərrah diyetoloqlar konqresləri və 31-ci beynəlxalq bariatrik klub simpoziumunda iştirak və çıxış edib. Tədbirlərdə dünyanın 20-dən çox ölkəsindən gələn 1000-dən çox iştirakçı və 50-dən çox çıxışçının arasında, ölkəmizi təmsil edən iştirakçı və çıxış edənlərin olması səhiyyə sahəsinin sürətli inkişafının bariz nümunəsidir.

Sehiyye.info bildirir ki,T.Ömərov belə bir mötəbər konqresin beynəlxalq işlər üzrə katibi seçilib. O, həmçinin konqresdə təşkil olunmuş 31-ci beynəlxalq bariatrik klub simpoziumunun ekspert panelində çıxış edib.

“Həmin mötəbər tədbirlərdə təmsil olunan 20 ölkədən biri də Azərbaycandır. Bu, "Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyi"nin son 6 ildə gördüyü işlərin nəticəsidir. Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən bir konqresdə təmsilçilərimiz 5 ildir ki, üzərində işlədiyimiz baraitrik-metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən mədənin boylama rezeksiyası - el arasında mədəkiçiltmə kimi tanınan əməliyyatın modifikasiyasından bəhs edən məruzələr ediblər. Eyni zamanda, digər iştirakçıların da çıxışları rəğbətlə qarşılanıb. Çünki Xəzər dənizi ətrafı dövlətlər arasında bu sahə üzrə İran, Rusiya kimi dövlətlərlə müqayisədə ən gənc olmağımıza baxmayaraq, son illərdə apardığımız işlər təqdirəlayiqdir. Biz milli dərnək olaraq həmin tədbirdə dünya şöhrətli professorların işləri, həmçinin bariatrik-metabolik cərrahiyyənin müasir nailiyyətləri ilə yaxından tanış olduq, öz təcrübəmizə dair fikir mübadiləsi apardıq. Biz 2015-ci ildən başlayaraq beynəlxalq konqreslərdə müxtəlif növ çıxışlar edərək bu sahənin dövlətimizdəki inkişafından bəhs edirik. Düşünürük ki, önümüzdəki beynəlxalq tədbirlərdə də bariatrik-metabolik cərrahiyyə sahəsində aparılan işlər barəsində geniş məlumatlar verib təcrübə mübadiləsi apararaq bu sahəni ölkəmizdə daha da irəli getməsinə nail olacağıq", - deyə T.Ömərov qeyd edib.

Həkimin sözlərinə görə, mədənin boylama rezeksiyası əməliyyatı digər metodlarla müqayisədə daha asan və yeni başlayan cərrahlar üçün daha praktik tətbiq olunan bir əməliyyatdır: "Lakin bu metodun da özünün müəyyən dezavantajları var. Bunları aradan qaldırmaq və nəticələri optimallaşdırmaq üçün yeniliklərdən bəhs edən çıxışımız diqqətsiz qala bilməzdi. Sevindirici haldır ki, MDB məkanında olan Xəzəryanı dövlətlərdə, Qafqazda və Mərkəzi Asiya dövlətlərində Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Dərnəyi 5 ildir ki, fəaliyyət göstərir. Həmin dövlətlər arasında ilk dəfə ölkəmizdə bu iş başlayıb".

Öz təəssüratlarını bölüşən dərnək sədri konqresin işini çox yüksək qiymətləndirib. O, xüsusi olaraq qeyd edib ki, dünyada 2018-2019-cu illərdə ortalama 834 min müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar aparılıb. Bunlardan 39 mini mədənin boylama rezeksiyası əməliyyatıdır. Ölkəmizdə də son 6 ildə 3000-ə yaxın bariatrik-metabolik cərrahi əməliyyat aparılıb ki, bunlardan təxminən 80-85 faizi mədənin boylama rezeksiyası əməliyyatıdır.AZƏRTAC
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri konqresin beynəlxalq işlər üzrə katibi seçilib



REKLAM