sehiyye.info

Sabahdan bu 3 ərzağı hər gün yeməlisiz - Baş həkim

Sabahdan bu 3 ərzağı hər gün yeməlisiz - Baş həkim
Payızda yaya nisbətən daha doğru-düzgün qidalanmaq lazımdır.

Payızın lazımlı qidaları çox deyil, 3 vacib ərzaq var ki, mütləq yeməlisiz.

Sehiyye.info xəbər verir ki, professor, baş həkim Olqa Şarapova immuniteti müdafiə edən qidaları sadalayıb.

Ən vacibi balqabaqdır. O, beta karotinlə zəngindir, onun sayəsində orqanizmdə A vitamini sintez olunur.

100 qram balqabaqda günlük karotin normasının 2 misli var.

A vitamini hüceyrələrin bölünməsinə cavab verir, ona görə hamilə qadına çox vacibdir.

Bu vitamin bədənin tonusunu artırır, xüsusən yaşlı insanları degemerativ pozulmadan qoruyur. Payızda bütün ailənin səhər və ya axşam yeməyinə süddə və kərə yağı ilə balqabaq sığıyı yeməsi vacibdir.

- Çuğundur - bor, marqans, dəmirlə zəngindir, qanı normada saxlayır, maddələr mübadiləsini tənzimləyir.
Çuğundurda olan betain qaraciyərin süzməsini yaxşılaşdırır. Bağırsaqları da təmizləyir.

Giləmeyvələr - qarağat, böyürtkən, itburnu - A, C, PP, B vitaminləri ilə zəngindir, antioksidant təsir edir".//medicina



REKLAM