sehiyye.info

Bədənin bioloji yaşı bu yolla müəyyən edilir

Bədənin bioloji yaşı bu yolla müəyyən edilir
Gələcəkdə bir sıra analizlər nəticəsində bədənin bioloji yaşını öyrənmək daha asan olacaq. Amma bu gün bioloji yaşı təyin etmək üçün alimlər biomarkerlər adlanan müəyyən göstəricilərə əsaslanırlar.

Sehiyye.info xəbər verir ki, tibb elmləri namizədi, endokrinoloq Lyubov Maçexin bu barədə “gazeta.ru”ya müsahibəsində danışıb. O, bildirib ki, ən çox yayılmış biomarkerlər zülallar, həmçinin bir sıra hormonlar, məsələn, insulinə bənzər böyümə amilləridir.

“Ümumi qan analizinin göstəriciləri də bunu müəyyənləşdirməyə kömək edir: bədənin inkişafı zamanı dəyişə bilən limfositlər və leykositlər, həmçinin onların sayı və nisbəti. Bu parametrlərdən istifadə edərək, onları düsturla əvəz edərək, biz təvəllüdə görə yox, sağlamlıq vəziyyətinə əsasən insanın bioloji yaşını müəyyən edə bilirik.

Araşdırmalar göstərir ki, həkimlərin tövsiyələri, xüsusən də düzgün qidalanma və idman əslində qocalma prosesini ləngidir. Yaxın gələcəkdə gerontoloqlar hüceyrə səviyyəsində daxili orqanların və insan həyatının ən mühüm sistemlərinin aşınmasını sürətləndirən amilləri müəyyən etmək niyyətindədirlər” , - mütəxəssis qeyd edib.//publika



REKLAM