sehiyye.info

Hər gün 25-30 qram fındıq yeyin…İnanılmaz Faydaları

Hər gün 25-30 qram fındıq yeyin…İnanılmaz Faydaları
Qida dəyəri yüksək olan çərəzlər arasında yer alan fındıq A, B, C və E vitaminləri ilə zəngindir. Fındığın tərkibində kalium, fosfor və kalsium kimi minerallar da var.
Sehiyye.info fındığın inanılmaz faydaları haqqında araşdırmanı təqdim edir.


Hər gün cəmi 25-30 qram fındıq yemək gündəlik E vitamini ehtiyacını 100 faiz ödəyir.

Fındıq fol turşusu, A, B, C, E və K vitaminləri ilə çox zəngindir və həmçinin dəmir, maqnezium, dəmir, kalsium, sink və Omeqa-3 kimi güclü minerallara malikdir.

Doymamış yağ turşuları yüksək olan fındığın kalorili dəyəri də kifayət qədər yüksəkdir. Fındıq mədə və bağırsaqda çətin həzm olunduğu üçün gündə 25-30 qramdan çox fındıq istehlakı həzm sistemi şikayətlərinə səbəb olur.



REKLAM