Satışda olan bütün dərmanlardan imtina etdim - Prezidentin etirafı

Oxuduğum kitabların birində İbn Sinanın Ayurveda müalicə üsullarından istifadə etdiyini öyrənmişdim. Son dövrlər Ayurvedanın tərəfdarları arasında digər xalqların nümayəndələri də sürətlə artır. Bəs bu cərəyanın sirləri nədir? Ayurveda masajı nədir?
Sehiyye.info xəbər verir ki,Publika.az-ın suallarına “Ayurveda” Avropa Konsorsiumunun prezidenti Kiran Vyas cavab verir.
- Cənab Vyas, bu barədə sizinlə müsahibəmiz olmuşdu, amma bizi maraqlandıran başqa məsələ də var. Ayurveda masajına sadə tərif verə bilərsiniz?
- Ayurveda masajı bizi sağlamlığa, harmoniyaya, sevincə doğru aparır. Bu həmçinin ünsiyyət vasitəsi və var olmanın, doğuluşun sevincidir. Bu masajın əsas məqsədi özümüzü gerçəkləşdirmək, şəxsiyyətimizə güvənimizi tam bərpa etməkdir. Ayurveda masajını doğru anlamaq üçün öncə Ayurvedanın əsaslarını mənimsəmək vacibdir.
Burada mütləq şərt masajı həyata keçirən mütəxəssisin daxili sakitliyi və balansıdır. Bu minillik elmin əsas qayəsi masaj boyu vücudunuza ötürülür.
- Parisdə fəaliyyət göstərən Tapovan Universitetinizdə bütün bu prosedurlar həyata keçirilir?
- Təsəvvür edin ki, Ayurveda masajı ümumilikdə 500 saatdan çox zamanı təşkil edən dərslərdən ibarətdir. Həmçinin biz bu masajlara əbədi cavanlıq vasitəsi də deyə bilərik. Tapovan Universitetimiz 35 ildir bu sahədə fəaliyyət göstərir. Ümumiyyətlə, Ayurveda müalicə sisteminin 5 mindən çox yaşı var. “Ayu” həyat, “veda” isə bilik deməkdir. Yəni həyat haqqında elm... Bu elm bizə bədənimizlə harmoniyada olmağı öyrədir. Bildiyiniz kimi ayurveda Hindistanın Səhiyyə Nazirliyinin himayəsindəbu gün də fəaliyyət göstərir. Ayurveda yuxunu stabilləşdirir, fiziki fəallığı artırır, həzm sistemini yaxşılaşdırır. Yəni, ümumiyyətlə sistemi təmizləyir.
- Ayurvedanın əsas prinsiplərini bizimlə bölüşə bilərsiniz?
- Ayurveda qəlbin və bədənin harmoniyasına nail olaraq, sağlamlığı qorumaq, həmçinin ətraf aləmlə xoş ünsiyyət qurmaq incəsənətidir. Bu elm insanın qarşısına heç bir məcburiyyət qoymadan sağlamlığa qovuşmağa səsləyir. Ayurvedanın təməli beş ünsürə əsaslanır, materiyanı beş ünsürə bölür: hava, efir, su, od, torpaq. Bu beş ünsür qədim vedik kosmik anlayışlarla bağlıdır. Ayurvedaya görə həyat enerjisi və orqanizmdəki elementlərin qarşılıqlı təsirindən yaranan bioloji şirə doşa adlanır. Doşanın balansı pozularsa, xəstəliklər yaranar. Ayurvedik müalicənin əsas məqsədi də bu balansı qorumaqdan ibarətdir. Şüurla bədən arasında gözəgörünməz bağ var. Məhz bu əlaqə də bizim sağlamlığımıza və uzunömürlülüyümüzə təsir edir. Bu əlaqə zəiflədiyi təqdirdə xəstəliklər güclənir.
Hava və efir ünsürləri zəngin olan insanlara VATA , su və od ünsürləri ilə zəngin olanlara PİTTA deyilir. Kapha isə su və torpaq elementlərinin bol olduğu insanların doşasıdır.
- Sadaladığınız doşaların da öz xüsusiyyətləri var, deyilmi?
- Bəli, ayurvedanın əsas müalicə üsulu da bunun üzərində qurulub. Vata əsasən enerji, nəfəs, düşüncə və iradəni tənzimləyir və yeddi xüsusiyyəti var: duru, yüngül, tarazsız, hərəkətli, incə və aydın. Vatanın miqdarı artdıqca sinir xəstəlikləri, narahatlıq, yuxusuzluq kimi əlamətlər çoxalır. Vata çatışmazlığı isə qəbizlik, hissiyyatın zəifləməsi, həddən artıq əsəbiliklə müşayiət olunur.
Pitta isə maddələr mübadiləsi və qida fermentlərinə cavabdehdir. Pitta normadan yuxarı olarsa, müxtəlif dəri və mədə xəstəlikləri, allergiya, hormonal balanssızlıq yaranar. Çatışmazlığı isə həzm sisteminin pozulmasına və ağlın itməsinə səbəb olur. Çünki o, əsasən çanaq, bağırsaq sistemi, sümüklərə görə cavabdehdir. Pittanın əsas funksiyası hormonları tarazlaşdırmaq, bədənin temperaturunu normada saxlamaq, dərinin təravətini qorumaq, nifrət, qısqanclıq kimi hissləri tənzimləməkdir. Kapha isə orqanlarımızın hüceyrə quruluşuna və onları qoruyan şirəyə görə cavabdehdir. Onun çatışmazlığı nəfəs darlığına səbəb olur. Çoxluğu isə orqanlarda artıq maye toplanmasına gətirib çıxarır. Tənzimlənmiş kapha bədəni enerji ilə təmin edir. Seksual istəkləri artırır, zehni gücləndirir.
Ayurveda: The Pride and The Pain
- Deyə bilərik ki, Ayurveda bütün dərdlərin dərmanıdır?
- Ayurveda satışda olan bütün dərmanlardan, kimyəvi tərkibli həblərdən imtina edib, təbiətin bizə bəxş etdiyi təbii bitkilər, otlar, minerallarla müalicə sistemidir. Bundan əlavə Ayurveda xəstələrə xüsusi massajlar, yoqa da təklif edir. Ən başlıca şərtlərdən biri də sağlamlığı qoruyub, çox yaşamaq üçün düzgün qidalanmaqdır. Çünki bir çox qida növləri orqanizmi möhkəmləndirdiyi halda, digərləri tədricən sıradan çıxardır, müxtəlif xəstəliklərə səbəb olur.
Ayurvedanın sağalda bilməyəcəyi heç bir xəstəlik yoxdur. Günümüzün ən ağır bəlaları sayılan xərçəng, şəkərli diabed, diareya, sonsuzluq və s. xəstəlikləri Ayurveda kökündən sağalda bilir, bir şərtlə ki, vaxtında müraciət olunsun.