sehiyye.info

Xurma,karalyok sezonudur,Vitaminlərlə zəngin meyvə çox faydalıdır.

Xurma,karalyok sezonudur,Vitaminlərlə zəngin meyvə çox faydalıdır.
Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bir çox ölkələrdə isə bu meyvəyə “cənnət xurması” deyirlər.
Sehiyye.info xəbər verir ki,bu meyvə respublikamızın daha çox Lənkəran zonasında, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Balakən və Zaqatala rayonlarında olur. Ölkəmizdəki xurmanın tərkibində yod birləşmələri çox olduğundan onun mühüm müalicəvi əhəmiyyəti var, xüsusən də zob xəstəliyində...

Ekspertlər qeyd edir ki, xurma həmçinin mədə və bağırsaq xəstəlikləri üçün də dərman qədər əhəmiyyətə malikdir. Meyvənin tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır, mədəni gücləndirir, qastritin qarşısını ala bilir. Bağırsaq iltihabının sağalmasına çox mühüm təsir göstərir. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqanizmi xərçəng xəstəliyindən qoruyur. Beyni gücləndirir. Öskürəyin ən yaxşı dərmanıdır. Yəni, meyvə olaraq ən yaxşı sinə dərmanı hesab olunur. Xurma bəlğəmə, nəfəs borusuna təsir göstərir. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Eyni zamanda qanı təmizləyir, təzyiqi tənzimləyir. Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir. Xurma sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə müsbət təsir göstərir və işgüzarlığı artırır. Həkimlər varikozdan əziyyət çəkən xəstələrə xurma yeməyi tövsiyə edirlər.

Tez doyuzdurduğu və aclıq hissini uzun müddətliyinə yox etdiyi üçün pəhriz saxlayanlar üçün də uyğun qidadır. 2-3 ədəd xurma yeyərək doya bilərsiniz, kalorisi az olduğu üçün kökəlməyə səbəb olmayacaq. Xurma həm də anemiya, həmçinin qalxanabənzər vəzilərin fəaliyyətində olan problemlərdə, soyuqdəymənin profilaktikası üçün yaxşı vasitədir.

Meyvənin digər möcüzəvi əhəmiyyəti barədə təbii üsullarla müalicə həkimi Seyfəddin Əsəd musavat.com-a danışıb: “Xurma daha çox yod mənbəyidir. Yəni, yod çatışmamazlığı olan zob xəstəliyində xurma çox əhəmiyyətlidir. Beləliklə xurmadan istifadə etməklə xeyli miqdarda yod qəbul etmək olur. Həmçinin bu meyvənin içərisində vitamin C, qan artırıcı elementlər var. Meyvənin ödqovucu təsirləri var, həzm sistemini yaxşılaşdırır, immuniteti gücləndirir, qara ciyər üçün əhəmiyyətlidir və s... İshala meyli olan adamlara yaxşı təsir edir. Bundan əlavə onu mövsüm vaxtı qəbul etmək daha əhəmiyyətlidir, xüsusilə də qabıqlı şəkildə... Qış mövsümündə isə adətən, onun qurudulmuş formasından istifadə edilir. Bildiyiniz kimi, Azərbaycanda xurmanın daha çox iki forması yayılıb, xirnik və korolyok... Yadda saxlamaq lazımdır ki, yod daha çox korolyokdadır”.



REKLAM