sehiyye.info

Soğan və sarımsaqla xərçəngdən qorunun - Mütəxəssisdən məsləhətlər

Soğan və sarımsaqla xərçəngdən qorunun - Mütəxəssisdən məsləhətlər
Türkiyəli onkologiya üzrə mütəxəssis Nilüfer Avcı xərçəngə qarşı mübarizə üçün soğan-sarımsaq yeməyi məsləhət görüb.
Sehiyye.info bildirir ki, "çoxlu sarımsaq və soğan yeyin" deyən həkim düzgün qidalanma ilə bağlı bir neçə məsləhət verib:
"- Soğan və sarımsaq güclü kanserogen olan nitrozaminləri bloklayaraq bizi xərçəngdən qoruyur.
- Brokolinin tərkibində prostat xərçənginə qarşı qoruyucu rolu olan qlükorafanin var.
- Qırmızı üzümdə çoxlu resveratrol var. Resveratrol xərçəngə qarşı qoruyur, xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.
- Moruq, çiyələk və qaragilə kimi meşə meyvələri antikanserogen ellargik turşu ilə zəngindir. Ellargik turşu albalı, armud, alma və kividə də olur.
Təbiətdəki bir çox qida insanın inkişafı üçün lazımdır. Təkcə sağlam qidalanmaq kifayət deyil. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən uzaq durmalıyıq. Stresdən uzaq durun, istirahət edin və hobbilərlə məşğul olun. Unutmayaq ki, bizi xərçəngdən qoruyan və ya xərçəngi sağaldan heç bir qida maddəsi yoxdur".//bakupost



REKLAM