sehiyye.info

Bakıda dəhşət: avtobus vurdu, ayaqları amputasiya olunarkən öldü

Bakıda dəhşət: avtobus vurdu, ayaqları amputasiya olunarkən öldü
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
Sehiyye.info APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 26 nömrəli marşurut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 83 yaşlı Rəhilə Zeynalovanı vurub.
Qadın xəstəxanaya çatdırılıb. Onun ayaqları amputasiya edilib.
O, cərrahi əməliyyat zamanı dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.



REKLAM