sehiyye.info

"Koronavirus statistikası şişirdilir" - Ekspertən iddia

"Koronavirus statistikası şişirdilir" - Ekspertən iddia
"Azərbaycanda koronavirusla bağlı ölüm sayı çox təəccüblüdür. Necə sübut edə bilərlər ki, onlar COVlD-19-dan dünyasını dəyişib? Hansı pataloji anatomik müayinə aparıblar? Nəyin əsasında COVlD-dən bu qədər ölüm statistikası verilir?"
Sehiyye.info xəbər verir ki,bunu həkim-radioloq Aydın Əliyev Bakupost.az -a açıqlamasında deyib.
A. Əliyev qeyd edib ki, bu gün Azərbaycanda COVlD-19-dan ölüm göstəriciləri real deyil:
"Artıq COVlD-19 heç də təhlükəli xəstəlik deyil. Məncə, onların əksəriyyəti bu virusdan dünyasını dəyişməyib. Azərbaycanda vəziyyət bir az fərqlidir. İstənilən situasiyada əksər məmurlar pul qazanmağın yolunu tapır. Yoluxma artanda bir cür, yoluxma azalanda başqa cür pul qazanmağa başlayırlar. Bunların beyni, düşüncəsi yalnız bu istiqamətə işləyir. Dəqiq deyə bilmərəm ki, burada məqsəd nədir. Bəlkə hansısa bir qapanmaya getmək, yaxid bu rəqəmləri göstərərək büdcədən vəsait mənimsəmək fikirləri var. Yəni müxtəlif variantlar ola bilər. Artıq koronavirus Azərbaycanda, eləcə də əksər ölkələrdə təhlükəli, ciddiyə alınacaq xəstəliklər siyahısından çıxıb. İnsanlar buna mövsümi qrip kimi yoluxur. Son vaxtlar isə çox yaşlı, hətta yanaşı xəstəlikləri olanlar sağalıb normal həyatlarına davam edir. Ona görə də bu rəqəmləri yenidən süni şəkildə şişirtmək mümkün olmayacaq".



REKLAM