sehiyye.info

Bu virus uşaqlar üçün çox təhlükəlidir — Tanınmış pediatrdan AÇIQLAMA

Bu virus uşaqlar üçün çox təhlükəlidir — Tanınmış pediatrdan AÇIQLAMA
“Son iki aya yaxındır ki, uşaqlar arasında qusma, ishal, temperatur halları geniş yayılıb. Bunun səbəblərindən biri rotavirus infeksiyasıdır. Bu virus bağçada uşaqlar arasında müşahidə olunur. Çünki bu virus oyun zallarında oyuncaqla kontakt zamanı asanlıqla yayıla bilir”.

Sehiyye.info xəbər verir ki,bunu Demokrat.az-a açıqlamasında tanınmış pediatr Kənan Qarayev deyib. Həkimin sözlərinə görə, adıçəkilən virus xüsusilə 1 yaşın altında olan uşaqlarda çox fəsadlar verə bilir:



“Onları daha çox ciddi xəstəxana şəraitində yatmalarına və günlərlə müalicə almalarına gətirib çıxara bilir. Bəzən valideynlər uşaqları gecikmiş formada xəstəxanaya gətirirlər və o zaman artıq ciddi fəsadlar baş verir. Xəstəliyin yaranmamasının qarşısını almaq üçün ilk olaraq biz 7 ayına qədər uşaqlarda virus əleyhinə peyvənd edirik. Bu peyvənd uşaqları xəstəliyi daha yüngül halda keçməsinə və daha tez normallaşıb həyata qayıtmasına kömək edir. Rotavirus əleyhinə peyvənd almayan uşaqlar xəstəliyi daha ağır formada keçirir, əsasən də iki yaşına qədər uşaqlar daha ağır formada keçirirlər. Çünki günlərlə davam edən ishal, qusma uşaqları üzür və ağır vəziyyətə gətirib çıxara bilir. Peyvənd isə ağızdan alınır, oral yolla verilir”.

“Xəstəliyin müalicəsində antiobitik terapiyanın yeri yoxdur. Virus əleyhinə dərmanlardan istifadə olunur və maye balansını bədəndə tənzimləmək lazımdır. Bəzən valideynlər qusan uşaqlara davamlı şəkildə içmə dərmanlar verirlər. Onsuz da qusan uşağa içmə formasında verilən dərmanların faydası yoxdur. Bu baxımdan, səbəbsiz antiobiotik terapiyalıarın və ağız yolla verilən dərmanları vermək məsləhət deyil. Əgər hansısa uşaqda bu hal müşahidə olunarsa, mütləq pediatrla məsləhətləşməli və bundan sonra düzgün qərar qəbul etmək lazımdır”.



REKLAM