sehiyye.info

Pandemiyaya qarşı YENİ FOND yaradıldı

Pandemiyaya qarşı YENİ FOND yaradıldı
Pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirləri üçün yeni maliyyə vasitəçiliyi fondu (FIF) rəsmi olaraq təsis edilib.

Sehiyye.info xəbər verir ki, yeni fond Dünya Bankının himayəsi altında və Ümumdünya Səhiyyə Təşkilatının texniki rəhbərliyi ilə fəaliyyət göstərəcək. Fond aşağı və orta gəlirli ölkələrdə pandemiyanın qarşısının alınması, hazırlıq və cavab tədbirlərini gücləndirmək və milli, regional və qlobal səviyyələrdə investisiyalar və texniki dəstək sayəsində kritik çatışmazlıqları aradan qaldırmaq məqsədilə uzunmüddətli əlavə maliyyələşməni təmin etməlidir. Fond pandemiyaya qarşı mübarizədə fəaliyyət göstərən təsisatların üstünlüklərindən yararlanacaq və bu istiqamətdə əlavə dəstək verəcək, tərəfdaşlar arasında koordinasiyanın təkmilləşdirilməsi, investisiyaların təşviqi və təbliğat platforması kimi çıxış edəcək.

Fond tərəfindən maliyyələşdirilməli olan investisiyalar üçün təkliflərin qəbulu üçün elanlar bu ilin noyabrında ictimaiyyətə təqdim olunacaq.

Fondun fəaliyyətinin təmin edilməsi üçün 1,4 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi vədi verilib və yaxın aylarda bu vəsaitin artacağı gözlənilir. “G20“ ölkələri və bir sıra dövlətlərlə yanaşı “Bill və Melinda Qeyts Fondu“, “Rokfeller Fondu“ və digər qurumlar maliyyə dəstəyi üçün vədlər veriblər.//azərtac



REKLAM