sehiyye.info

Bu qidalardan istifadə ölümlə nəticələnə bilər

Bu qidalardan istifadə ölümlə nəticələnə bilər
Pomidor və turşu konservləri ölümə səbəb ola bilər.

Sehiyye.info Türkiyə mediasına istinadən xəbər verir ki, Qida Mühəndisləri Palatasının Antalya Şöbəsinin rəhbəri Əli Manavoğlu evdə hazırlanan qışlıq yeməklərin təhlükəsindən danışıb.

O bildirib ki, yeməklərə ləzzət qatan pomidor və turşu konservləri hazırlayan xanımların ev şəraitində kifayət qədər sterilizasiya edilmədən hazırladıqları yeməklər uyğun şəraitdə saxlanmadıqda təhlükə yaradır.

Əli Manavoğlu konservin hazırlanmasında meydana gələ biləcək təhlükələrin sağlamlığa mənfi təsir etdiyini və ölümlə nəticələnə biləcəyini söyləyib.

Konservləri hazırlayarkən nələrə diqqət edilməsi lazım olduğunu izah edən Manavoğlu "İstifadə edəcəyimiz məhsul steril olmalıdır. Banka qapağı müəyyən müddət qaynar suda qaynadılaraq sterilizasiya edilməlidir. Konservlərin qapağını ikinci dəfə istifadə etmək olmaz. Əgər qapaqda pas və ya çirklənmə varsa, ondan istifadə etmək qətiyyən olmaz, əks halda hazırlanan konserv ölümə səbəb ola bilər”, - deyə o bildirib.

Əli Manavoğlu xatırladıb ki, əvvəlki illərdə Adanada eyni ailədən 4 nəfər konservləşdirilmiş pomidorla hazırlanan pomidor-yumurta yeyərək həyatını itirib.//azxeber



REKLAM