sehiyye.info

Sirrozda ağızdan qan gəlirmi? – Qaraciyər xəstəliyində damar problemi

Sirrozda ağızdan qan gəlirmi? – Qaraciyər xəstəliyində damar problemi
50% qaraciyərin sirrozu xəstələrində mədə və qida borusunun vena damarlarının varikoz genişlənməsi baş verir. Qaraciyər sirrozunun ağır mərhələyə qədəm qoymasının bir əlaməti də ağızdan frontan qan gəlməsidir.

Sehiyye.info medicina.az-a istinadən bildirir ki, xəstəliyindən xəbəri olmayan xəstələr çox vaxt bunu ağciyər və ya mədə qanaxması ilə səhv salır.

A tip sirroz xəstələrinin 40%, C tip sirrozunda 85%-də qida borusunun damar genişlənməsi olur. Ona görə sirroz xəstələrinin hamısı dinamikada ezofaqoqastroudoneskopiyadan keçirilməlidir.

Qida borusu venoz damarlarının qanaması nəticəsində ağızdan qan gəlməsi ilə yanaşı, qanlı qusma və qara nəcis də xarakterikdir.

Vaxtında xəstəxanaya çatdırılıb, qanaxma dayandırılmasa xəstə bu qanaxmadan ölə bilər.



REKLAM