sehiyye.info

Acqarına içilən qəhvənin fəsadları: Diabet, pankreatit və mədə xorası

Acqarına içilən qəhvənin fəsadları: Diabet, pankreatit və mədə xorası
Acqarına qəhvə içmək sağlamlıq üçün təhlükəlidir.

Sehiyye.info xəbər verir ki, bu barədə Rusiya Diyetoloqlar Assosiasiyasının üzvü, diyetoloq Kristina Plotnikova Ura.ru-ya müsahibəsində deyib. Mütəxəssis mədə yanğısını mümkün xəstəliklərin ən zərərsizi adlandırıb.

“Tədricən sizdə bir sıra mədə-bağırsaq xəstəlikləri inkişaf edə bilər və ya qastrit, ezofagit, pankreatit, mədə xorası kimi xəstəliyiniz varsa, pisləşə bilər. Qəhvənin tərkibində çoxlu üzvi turşular olduğu üçün həzmi stimullaşdırır. Boş mədədə qəhvə çox miqdarda mədə şirəsinin ifrazını təhrik edir, orqanın divarlarını korroziyaya uğradır”, - Kristina Plotnikova bildirib.

Mütəxəssis 2-ci tip şəkərli diabetin inkişafını daha bir xoşagəlməz nəticə adlandırıb. Bundan əlavə, qəhvə stress hormonu olan kortizolun istehsalını stimullaşdırır. Bu səbəbdən serotonin istehsalını dayandırır. Nəticədə enerjinin artması əvəzinə, zamanla gücün azalması hiss olunmağa başlayır. Bundan əlavə, mərkəzi sinir sisteminə mənfi təsir göstərdiyi üçün yuxu və oyaqlıq mexanizmləri pozulur.//publika



REKLAM