Tomoqrafiya və rentgen şüaları xərçəngə səbəb olur?
ABŞ-dan olan bir qrup onkoloq zəif dozada rentgen şüalarından və kompüter tomoqrafiyasından şüalanmanın xərçəngin inkişafına səbəb olmadığını bəyan ediblər.
Sehiyye.info Rusiyada tibbi avadanlıqların istehsalı ilə məşğul olan "NIPK Electron" şirkətinə istinadən bildirir ki, X-şüalarının və kompüter tomoqrafiyasının xəstələrə təsiri ilə bağlı çoxsaylı elmi araşdırmalar onların bədxassəli şişlərə səbəb olub-olmaması ilə bağlı müxtəlif nəticələrə gəlib. Çox yüksək dozada radiasiyanın orqanizm üçün mənfi nəticələri göz qabağındadır.
Çikaqodakı Loyola Universitetinin onkoloqları diaqnostik prosedurlar zamanı xəstənin gündəlik radiasiyaya məruz qalmasını hesablayan zaman həmkarlarının hesablamalarında nöqsanlar aşkar ediblər. Doktor Ceyms Uelç bildirib ki, xərçəng təhlükəsini sübut edən əvvəlki tədqiqatlar yoxlanılmamış statistik modellərə əsaslanıb və bu da onları etibarsız edib.
"Şüalanma yüksək dozalarda xərçəngə səbəb our. Bu, tamamilə dəqiqdir. Rentgen tədqiqatlarında və kompüter tomoqrafiyasında aşağı dozada radiasiyanın xəstələr üçün təhlükəli olduğunu sübut edəcək heç bir məlumat yoxdur", - deyən Ceymis Uelç bildirib ki, yüksək dozada radiasiyanın müəyyən edilmiş zərəri sadəcə olaraq daha aşağı dozalara ekstrapolyasiya olunur: "Beləliklə, çox yüksək dozada bir insanın 100% xərçəngə tutulma riski ola bilər. Amma bu o demək deyil ki, 10 dəfə aşağı dozada mütləq 10% yoluxma riski var. Lakin, alimlər məhz belə bir sxemə güvənirlər”.
ABŞ-dan olan onkoloqlar hesab edirlər ki, xəstə bir neçə il ərzində hər gün şüalanmasa, KT və rentgen şüaları xərçəngə səbəb ola bilməz.//Yeniavaz.com