sehiyye.info

Həyat üçün təhlükəlidir: məşhur saqqızlardakı zəhərli boya

Həyat üçün təhlükəlidir: məşhur saqqızlardakı zəhərli boya
Kaliforniya sakini Cenil Temz dünyaca məşhur şirniyyat istehsalçısı “Mars Skittles” şirkətini məhkəməyə verib.

Sehiyye.info “Daily Mail”ə istinadən xəbər verir ki, buna səbəb konfet saqqızlarda zəhərli titan oksidi (TiO2) boyasından istifadə edilməsidir. Şikayətçi şirkəti insanların həyatını ölümcül təhlükəyə atmaqda ittiham edir.

Bu ilin avqust ayından etibarən artıq TiO2 Aİ ölkələrində qadağan ediləcək, çünki qida təhlükəsizliyi agentliyi yüksək toksikliyi və DNT-ni dəyişdirmək qabiliyyətinə görə onu təhlükəli hesab edib. Bundan əlavə, titan oksidi müntəzəm olaraq və çox miqdarda istifadə etdikdə, insanın bir sıra həyati orqanlarına mənfi təsir göstərir. Xüsusilə, böyrəklər, qaraciyər və beyində ciddi fəsadlara yarada bilər.

Xatırladaq ki, 2016-cı ildə Mars Inc. qidada təhlükəli TiO2 istifadəsini dayandırmağa söz vermişdilər, lakin indiyə qədər bunu etməyiblər.//publika



REKLAM