sehiyye.info

Ənciri sevmək üçün 25 səbəb

Ənciri sevmək üçün 25 səbəb
Əncir tərkibində olan aminturşular, beta-karotin, antioksidant, vitamin və mineralların zənginliyinə görə insan oqranizminə çox böyük faydaları vardır. Onun oqranizmə verdiyi faydalar haqqında sizləri məlumatlandırmaq istəyirəm.
1. Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır.
2. Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanma qabiliyyətini azaldır və tromb əmələgəlməsini dayadırır.
3. Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir.
4. Tərkibində olan amin turşuları qanda xolesterolun miqdarını azaldır.
5. Əncirin tərkibində olan şəkər və vitaminlər diet saxlayan adamların axşam yeməyini əvəz edə bilir.
6. Sidikqovucu təsirə malik olduğu üçün əncir orqanizmdə olan artıq suyu çıxarmaq qabiliyyətinə malikdir.
7. Tərkibində olan fruktoza fiziki və zehni yorğunluğu aradan qaldırır.
8. Əncir orqanizmin K vitamininə olan təlabatını ödəyir. Bunun üçün əncir mövsümündə hər gün bu meyvədən yemək lazımdır.
9. Hamilə qadınlara sintetik vitaminlərdən istifadə etməkdənsə, əncir və ya onun qurusundan yemələri tövsiyə edilir.
10. Əncir maddələr mübadiləsini yaxşılaşdırır.
11. Əncir ürəkbulanmanı, ağızda quruluğu və ürək yanğısını aradan qaldırır.
12. Qadınlar menopauza dövründə əncir yesələr döş xərçəngi riskindən azad olarlar.
13. Bronxit zamanı 20 qram quru ənciri 1 stəkan qaynar südə salıb içdikdə, sinə yumşaldıcı təsir göstərir.
14. Əncirin öskürək kəsici xüsusiyyəti var.
15. Yatmazdan əvvəl əncir yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
16. Səhərlər acqarına əncir yemək böyrək daşlarının əriməsinə səbəb ola bilir.
17. Mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə yanaşı əncir qastritlər zamanı da faydalıdır.
18. Əncir II tip şəkərli diabet xəstələrində qanda şəkərin miqdarının normallaşmasına yardımçı olur.
19. Əncir əhval-ruhiyyəni qaldırır.
20. Ağız boşluğu xəstəlikləri zamanı əncir yarpağının dəmləməsi ilə qarqara eləmək xəstəliklərin əlamətlərini azaldır.
21. Kökünün qaynamasından alınan məhlulla yaraları yuduqda tez sağalır.
22. Əncir saplağından axan süd ilə döyənəkləri aparmaq olur.
23. Əncir qurusu aclıq hissini aradan qaldırır, onun 100 qramında 50 kalori var. 2-3 əncir qurucu aclığı aradan qaldırmaqla yanaşı, orqanizmin sutkalıq mikorelementlərə olan təlabatını ödəyir.
24. Əncir yarpağını 10-15 dəqiqə qaynadıb saçları yuduqda saç tökülmənin qarşısı alınır.
25. Tərkibində olan pektin maddəsi ənciri əvəzolunmaz bir meyvəyə çevirir. Əncir toxumaların cavanlaşmasında və kapilyar damar divarının möhkəmlənməsində faydalıdır.
Milli.Az



REKLAM