sehiyye.info

Daha bir virus yayılır: Yoluxanlar 9 gün ərzində ölürlər

Daha bir virus yayılır: Yoluxanlar 9 gün ərzində ölürlər
Koronavirusdan sonra meymunçiçəyi ilə mübarizə aparan dünya daha bir təhlükə ilə üz-üzədir.


Sehiyye.info xarici mediaya istinadən bildirir ki, yeni yayılmağa başlayan “Marbug virusu”nun Ebola virusuna bənzədiyi və hazırda
peyvəndinin olmadığı bildirilir. Ən dəhşətlisi isə odur ki, “Marbug virusu”na yoluxanlar 9 gün ərzində qan çatışmazlığından ölürlər.

Adıçəkilən virus ilk dəfə Qərbi Afrikada yerləşən Qana Respublikasında iki nəfərdə aşkarlanıb. Qısa müddət ərzində hər iki xəstə vəfat edib.

Elm adamları bu virusun meyvə yarasalarından yoluxduğunu düşünürlər.
Təhlükəli virusun simptomları isə belədir:
Yüksək temperatur,
Kəskin baş ağrısı,
Yorğunluq,
Əzələ ağrıları
Xəstəliyin sonrakı mərhələsində ishal, qarın ağrısı, mədə problemləri, ürəkbulanma, qusma müşahidə edilir. Yoluxduqdan 6-7 gün sonra isə xəstələrdə burun və diş əti qanaxmaları baş verir. Xəstələrin çoxu qan çatışmazlığından həyatını itirir.//bakupost



REKLAM