sehiyye.info

Ağdamda pasient xəstəxanada dava saldı - FOTO

Ağdamda pasient xəstəxanada dava saldı - FOTO
Ağdamda xəstəxanaya gələn xəstə pəncərəsinin şüşəsini sındırıb.

Sehiyye.info xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasının binasında baş verib.

Xəstəxanadan verilən məlumata görə, pəncərənin şüşəsini sındıran rayon sakini 1993-cü il təvəllüdlü Əhmədli Aqil Naqil oğludur.

Xəstəxanadan onu da bildiriblər ki, A.Əhmədli yaşadığı ünvana təcili tibbi yardım bölməsini çağırıb.

Çağırış yerinə gedən təcilli tibbi yardım əməkdaşlarını görən A.Əhmədli onlarla mübahisə edib. Lakin təcili yardımın sürücüsü A.Əhmədlini Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirib.

Xəstəxanaya çatdırılan A.Əhmədli xəstəxananın pəncərəsinin şüşəsini vurub sındırıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır (apa).

Ağdamda pasient xəstəxanada dava saldı - FOTO
Ağdamda pasient xəstəxanada dava saldı - FOTO



REKLAM