sehiyye.info

Azərbaycanda bir gündə 6 nəfər intihar edib.

Azərbaycanda bir gündə 6 nəfər intihar edib.
Azərbaycanda bir gündə 6 nəfər özünü öldürdü

Ötən gün Azərbaycanda bir neçə intihar hadisəsi baş verib.

Sehiyye.info xəbər verir ki, Binəqədi rayonu, Binəqədi qəsəbə sakini 22 yaşlı Rəhimov Samir İlham oğlu və Ağstafa rayonu Xətai kənd sakini 11 yaşlı Cəfərov Səid Qafur oğlu yaşadıqları evdə, Sabirabad rayonu Qaratəpə kənd sakini, 63 yaşlı Səbirə Şuru qızı Tomarova, Sabunçu rayonu Zabrat qəsəbə sakini, 49 yaşlı Kərimov Mirzəhüseyn Həsənağa oğlu və Şəmkir rayon Seyfəli kənd sakini, 49 yaşlı Əhmədov Vüqar Qulu oğlu yaşadıqları evin həyətində özlərini asaraq intihar ediblər.

Həmçinin Şəki rayonu Baş Göynük kənd sakini 26 yaşlı Aygül Sərdar qızı Əhmədova özünü kənd ərazisindəki gölə ataraq həyatına son qoyub. /lent.az/



REKLAM