sehiyye.info

Qarpızdan zəhərlənməmək üçün nə etməliyik? - Qida mütəxəssisi AÇIQLADI

Qarpızdan zəhərlənməmək üçün nə etməliyik? - Qida mütəxəssisi AÇIQLADI
Hər məhsulu mövsümündə yemək sağlam qidalanmanın əsas tələbidir və orqanizm üçün çox önəmlidir. Əks təqdirdə zəhərlənmələrlə qarşı-qarşıya qala bilirik. Xüsusilə, yay aylarında isti hava səbəbindən daha yüngül qidalara üstünlük veririk. Bu yüngül qidalarn içində qarpız önəmli yer tutur.

Sehiyye.info xəbər verir ki,Metbuat.az-a danışan qida mütəxəssisi Ağa Salamov deyir ki, qarpızın əsas mövsümü avqust ayıdır. Mövsümdən əvvəl yeyilən qarpızlar isə zəhərlənməylə nəticələnə bilər:

"Mövsümdən əvvəl yeyilən meyvə və tərəvəzlərdə zəhərlənmə təhlükəsi çox olur. Eyni zamanda qarpızın da. Mənim üçün hazırda qarpızın mövsümü deyil, əsas mövsüm avqust ayındadır. Ən yaxşı qarpızlar elə bu ayda yetişir. Mövsümdən əvvəl yetişən qarpızlara böcəklərə, yabanı otlara qarşı pestisid vurulur, qarpızın nitrat səviyyəsini qaldırır. Çox yeyildiyində və ya ac qarına yeyildiyində sonda zəhərlənmə ilə nəticələnir. Bu, təkcə qarpıza aid deyil, bütün meyvə-tərəvəzlərə aiddir".



Ağa Salamov

Qida mütəxəssisi həmçinin qarpız alan zaman diqqət etməli olduğumuz məqamları açıqlayıb:

"Qarpız alan zaman diqqət etməli olduğumuz məqamlar var. Ən əsası onun saplağıdır. Əgər saplaq yaşıldırsa, deməli, vaxtından tez dərilib. Tam yetişən qarpızın saplağı quru olmalıdır. Əgər qarpızın alt hissəsində sarı ləkələr varsa, bu, artıq qorxulu deyil. Əskinə, şirin olmasından xəbər verir.

Qarpızın üstündə dəliklərin olmağına da diqqət etmək lazımdır. Bəzən qarpızdakı dəliklərin həşərat izləri olduğunu düşünülür. Təssüf ki, bu, qarpıza edilən iynə müdaxiləsidir və bu cür qarpızlar zəhərlənmə verə bilər.

Bundan əlavə, böyük və içi boş olan qarpızı yemək də məsələhət görülmür. İçi boş olan qarpız bir az acı dad verir və bu da zəhərlənmələrə yol aça bilər. Qarpızın ətli hissəsindən bir parça kəsib suya qoyduğunuz zaman əgər su parlaq və çəhrayı rəngə çevrilirsə, bu, qarpızın təhlükəli olduğunu göstərir.

Həddindən artıq yüngül çəkidə olan qarpız olarsa, o qarpızı almayın. Çünki sağlam qarpızın çəkisidə ağır olmalıdır".

Qida mütəxəssisi həmçinin qeyd edir ki, qarpız xərçəng hüceyrələrinin artmasının qarşısını alır:

"Onu da qeyd edim ki, qarpız mineral və vitaminlərlə zəngindir, su mənbəyidir. Mövsümündə yeyiləcəyi təqdirdə faydalarını çox görəcəyik. Qarpız həmçinin xərçəng hüceyrlərinin gələcəkdə qarşısını ala bilir".



REKLAM