sehiyye.info

Yayın ən təhlükəli infeksiyaları

Yayın ən təhlükəli infeksiyaları
Açıq havada istirahət zamanı təhlükəsizlik tədbirlərinə əməl edilmədikdə yoluxucu xəstəliklərin inkişafı ilə artır.

Sehiyye.info xəbər verir ki, bu barədə immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov danışıb. Həkim bildirib ki, açıq məkanlarda yayılan biləcək ən təhlükəli xəstəlik bağırsaq infeksiyası və gənə ensefalitləridir.

Yay dövrü bu cür xəstəliklərin sayının artması ilə xarakterizə olunur, istilərdə yuyulmamış tərəvəz və meyvələrin qəbulu, həmçinin günəşdə qalan məhsulların təmizləmədən yeyilməsi patogen bakteriyaların həyat fəaliyyəti üçün ən əlverişli şərait yaradır. Həmçinin çimərliklərdə çirkli sularda üzmək belə infeksiyaların yayılmasını sürətləndirir.

“Yeməyi soyuducuda saxlamaq heç də həmişə mümkün olmur. Saxlanma temperatur rejiminin pozula bilmə ehtimalı yüksək olan kafe, restoranlardan yemək almaq risklidir. Yay dövründə belə bir pozğunluq orada kifayət qədər sayda mikroorqanizmin böyüməsi üçün yetərlidir”, - həkim qeyd edib.

Yayda gənə infeksiya mənbəyidir. Onlar borrelioz, Krım hemorragik qızdırması, Krım-Konqo qızdırması və digər infeksiyaları daşıyırlar.//publika



REKLAM