Yaya artıq çəkilərinizdən qurtularaq GİRİN: Arıqladan RESEPT
İsti havalarda geyindiyimiz nazik geyimlər qışda aldığımız artıq kiloları göstərməyə başlayır. Artıq çəkidən əziyyət çəkirsinizsə, təbii qarışıqla arıqlaya bilərsiniz.
Sehiyye.info Metbuat.aza istinadən bildirir ki, qarışığı hazırlamaq üçün bir kiloqram limon və 400 qram kərəviz lazımdır.
Kərəvizin kökünü sürtgəcdən keçirib 2 litr suyun içinə qoyun. Limonu da sürtgəcdən keçirib suya əlavə edin və qarışığı 20 dəqiqə qaynadıb, 5-6 saat soyumağa buraxın. 1 kiloqram limonun suyunu sıxıb qarışığa əlavə edin.
Bu qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan için. Qarışıq qatı gəlsə, su əlavə edə bilərsiniz. Soyuducuda saxlamaq tövsiyə edilir.
Qeyd edək ki, bu qarışığı tətbiqdən əvvəl həkiminizlə məsləhətləşməkdə fayda var.
Yaddaş və ürəyin ən gözəl dərmanı - Dərman lazım deyilT