sehiyye.info

Bu məhsuldan az istifadə edin,çox yaşayın.

Bu məhsuldan az istifadə edin,çox yaşayın.
Pediatr-immunoloq Andrey Prodeus Birinci Kanalda yayımlanan “Sağlam yaşa” verilişinin efirində bildirib ki, kolbasa və sosiska kimi rəfinə edilmiş ətdən imtina ömrü uzadır.

Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, buraya bütün kolbasalar, sosiska, sardelka, servlelatlar, karbonadlar, ət konservləri, bir sözlə rəfinə edilmiş hər şey aiddir.



İmmunoloq bildirib ki, bir insan emal olunmuş ət yeyəndə qanda təzyiq səviyyəsi yüksəlir, çünki bu qrup məhsullarda çox miqdarda duz var. Həkim onu da əlavə edib ki, kolbasalardan həddən artıq istifadə nəticəsində arterial hipertenziya və ya hipertoniya meydana gələ bilər.

"Gündə 50 qramdan çox yarımfabrikat ət yeyənlərdə bağırsaq xərçəngi riski bu qida qrupunu istehlak etməyənlərə nisbətən 18 faiz daha yüksəkdir. Kolbasa və sosiskaların tez-tez istifadəsi digər təhlükəli nəticəsi orqanizmdə sidik turşusunun yüksək olması səbəbindən yaranan gut xəstəliyinin inkişafıdır. Bu insanlar şiddətli ağrı sindromları yaşayırlar", - Andrey Prodeus yekunda bildirib.//publika



REKLAM