sehiyye.info

Ginekoloqun ölümü ilə bağlı yeni detallar: ərinin psixoloji problemləri varmış... - YENİLƏNİB

Ginekoloqun ölümü ilə bağlı yeni detallar: ərinin psixoloji problemləri varmış... - YENİLƏNİB
Bakıda baş verən intihar hadisəsi barədə bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Həkim bu gün dəfn olunub.

***

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Sehiyye.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhum iki uşaq anası idi.

REKLAM