Buz kimi su içməyin ağır fəsadları
Yayın qızmar istisində insanlar daha çox soyuq yemək və soyuq içkilər qəbul etməyə meylli olurlar. Amma çox adam bilmir ki, bu vərdiş ağır nəticələrə səbəb ola bilər. Xüsusilə vətəndaşlar temperaturun kəskin düşməsi səbəbindən termorequlyasiya və tərləmə proseslərinin pozulması ilə üzləşə bilər.
Sehiyye.info xəbər verir ki, bu barədə qastroenteroloq, terapevt Şota Kalandiya danışıb. O, bildirib ki, istidə tez-tez dondurma yemək yuxarı tənəffüs yollarının kəskin soyumasına, nəticədə soyuqdəymə və kəskin respirator infeksiyaların yaranmasına gətirib çıxarır.
“Bundan başqa, istidə soyuq su damarlarda çox ciddi, hətta ölümlə nəticələnən spazma yarada bilər. Angina, bronxit və pnevmoniya şəklində ağırlaşmalar da mümkündür. Bundan əlavə, çox soyuq sudan, soyuq və qazlı içkilərdən istifadə kəskin respirator xəstəliklərin inkişafına və qulaq-burun-boğaz orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Həddindən artıq soyuq içkilər və ya buzlu su mədədə həzm prosesi zamanı qida maddələrinin təbii udulması prosesini də çətinləşdirir”, - həkim “Gazeta.ru”-ya bildirib.
“Soyuq içkini içməzdən əvvəl onun temperaturunu dodaqlarınızla dadaraq qiymətləndirmək tövsiyə olunur. Çox soyuqdursa, uyğun temperatura düşənə qədər gözləyin”, - həkim məsləhət görüb.
Kalandia soyuq içkiləri ilıq çay, şəkərsiz qurudulmuş meyvə kompotu və ya təzə giləmeyvə, meyvə və tərəvəz şirələri ilə əvəz etməyi məsləhət görür. Tüpürcək ifrazının artması səbəbindən limon və laym kimi turşulu qidalar bədənin maye ehtiyacını azaldır, buna görə isti havalarda onları yeməyə, çaya, suya və ya salatlara əlavə etmək tövsiyə olunur. //publika