sehiyye.info

Mədə yanması,səbəbləri və simptomları.

Mədə yanması,səbəbləri və simptomları.
Qəbul etdiyimiz qidaların tərkibi haqqında kifayət qədər məlumatlı deyilik.Bu qidaların orqanizmə necə təsir edəcəyini də bilmirik.Bəzən qida qəbul etdikdən sonra mədədə yanma,göynətmə hiss edirik.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Mədə yanması ağrı hissi kimi vacib diaqnostik əlamət sayılır. Bu simptom əksər hallarda qastrit və yaxud xora xəstəliyinin başlanğıc mərhələlərində meydana çıxır.

Mədə yanmasının səbəbləri və təsnifatı
Yanğı yalnız qida qəbulundan sonra baş verə və ya daimi xarakter daşıya bilər.

Daimi mədə yanmasının səbəbləri
Gecə saatlarında, eləcə də səhər yuxudan oyanarkən mədədə yanğı hissi sağlamlıqla bağlı problemdən xəbər verir. Qida borusu və mədənin daimi yanması adətən reflüks xəstəliyi (yeməyin mədədən qida borusuna geri atılması), qastrit və xora fonunda əmələ gəlir. Çox zaman diskomfort və ağrı həzm traktını içəridən bürüyən toxumaların zədələnməsi ilə bağlı olur.

Qida qəbulundan sonra mədə yanmasının səbəbləri
Yedikdən sonra epiqastral nahiyədə (mədənin qarnın ön divarına proyeksiyasında) yanğı hissinin yaranmasına qeyri-düzgün qidalanma səbəb ola bilər. Hətta kobud və ya zərərli məhsulun kiçik hissəsi sinir uclarını qıcıqlandıraraq, iltihab və yanğı törədə bilir.

Mədə yanmasının səbəbləri

Mədə yanmasının səbəbləri hansılardır ?
Mədə qıcqırması və yanması aşağıdakı səbəblərdən baş verir:

yağlı, qızardılmış, hisə verilmiş, acı ədviyyatlı və kobud qidaların qəbulu;
qeyri-müntəzəm qidalanma, uzunmüddətli aclıq;
həddindən artıq yemək;
spirtli içkilərin qəbulu;;
qida borusunun selikli qişasının yüksək həssaslığı;
ödün mədəyə atılması;
qastrit və xora xəstəliyi;
qurd xəstəlikləri, patoloji mikroorqanizmlər;
ürək problemləri – stenokardiya, hipertoniya (yüksək təzyiq), miokard infarktı, aorta anevrizması;
antibiotiklərlə müalicə;
stress;
hamilələrdə mədə yanması.
Yanğı hissi xarici səbəblərdən (dərman vasitələri, qida məhsulları, içkilər) baş verdikdə, onlardan imtina etməklə problem həll olunur.
Mədə yanması,səbəbləri və simptomları.
Mədə yanmasının səbəbləri

Mədə yanmasının səbəbləri və əlamətləri
Xəstələrdə yanğı ilə yanaşı, ağızda turş və yaxud xoşagəlməz dad, ağızdan iy və gəyirmə müşahidə edilir. Müalicə gecikdirildikdə və ya düzgün aparılmadıqda gələcəkdə bu əlamətlərə ürəkbulanma, qusma, kürəyə yayılan ağrılar qoşulur.

Mədə yanmasının səbəbləri və diaqnostikası
Müalicəyə başlamazdan əvvəl mədə yanmasının səbəbləri üzə çıxarılmalıdır. Bu səbəbdən evdə kor-koranə dərman içmək olmaz. Mədədə yanğı hissi yarandıqda mütləq qastroenteroloqa müraciət etmək lazımdır. Həkim xəstənin şikayətlərini dinlədikdən sonra ehtiyac olduqda qastroskopiya aparır. Zəruri hallarda mədə şirəsi yoxlanılır, nəcisdə qurd və ya patogen mikrofloranın aşkarlanması məqsədilə analiz verilir.

Mədə yanmasının səbəbləri

Mədə yanmasının və müalicəsi
Müayinənin nəticələrinə əsasən müvafiq mədə dərmanları təyin edilir. Mədənin daxilini bürüyən toxumaların zədələnməsi bir qədər uzunmüddətli müalicə tələb edir. Müalicə prosesində əsasən bu tip preparatlardan istifadə edilir:

Omez – mədə turşusunun ifrazını azaldır, reflüks xəstəliyində və xoralarda effektiv sayılır;
Festal – pankreatin, hemisellüloza və öd komponentlərindən ibarət olub, həzm yaxşılaşdırır;
Almagel – mədədə xlorid turşusunun təsirini neytrallaşdırır, selikli qişanın qıcıqlanmasının qarşısını alır, ağrını aradan götürür;
Tribimol – xora əleyhinə və antiseptik vasitədir;
Smekta – mədənin selikli qişasının baryer xüsusiyyətini tənzimləyir, toksinlərin mənfi təsirini azaldır, onları kənarlaşdırır.
Bu dərmanlar sadəcə nümunə kimi qeyd olunmuşdur. Təbii ki, hər bir xəstədə müalicə sxemi onun vəziyyətindən asılı olaraq, fərdi qaydada tərtib edilir.
Mədə yanması,səbəbləri və simptomları.



REKLAM