sehiyye.info

Qanı durulaşdıran və trombların qarşısını alan 3 İÇKİ

Qanı durulaşdıran və trombların qarşısını alan 3 İÇKİ
Qan laxtaların yaranması orqanizmin qoruyucu mexanizmi olub insanı travma, qəza zamanı inkişaf edən qanaxma nəticəsində ölümdən qoruyur.

Bu zaman qan laxtaları zədələnmiş damar və kapilyarları bağlayır və qanaxma dayanır.

Lakin digər tərəfdən patoloji proseslər nəticəsində damarlarda əmələ gələn qan laxtaları (tromblar) normal qan dövranına mane olaraq insanın ölümünə səbəb ola bilir.

1. Kakao

Kakao antioksidantlarla zəngindir, ürək-damar sistemi xəstəliklərinin və o cümlədən infarkt və insultun qarşısını alır, beyinin fəaliyyətini yaxşılaşdırır.

Kakao damarlarda xolesterinin yığılmasına mane olur, qanı duruldur, trombların əmələ gəlməsinin qarşısını alır, təzyiqi normallaşdırır.

2. Yaşıl çay

Yaşıl çay damarların sağlamlığına müsbət təsir edir, orqanizmdə iltihabı azaldır, xərçəngin inkişafına mane olur.

3. Su

Adi suyun kifayət miqdarda qəbulu ürək və damarlar üçün çox faydalıdır. Orqanizmin susuzlaşması zamanı qan qatılaşır, ürək və böyrəklərin fəaliyyəti pozulur, trombların əmələ gəlməsi riski artır.
//sağlamolun



REKLAM