sehiyye.info

COVID 19-un səbəb olduğu növbəti fəsad: Eşitmənin itməsi

COVID 19-un səbəb olduğu növbəti fəsad: Eşitmənin itməsi
Koronavirus eşitmə ilə bağlı pozuntulara yol aça bilir.

Bu barədə qulaq və burun-boğaz xəstəlikləri üzrə mütəxəssis, professor İsmail Koçak danışıb.

Onun sözlərinə görə, koronavirus pandemiyanın əvvəllərində qoxu-dad pozuntularına, ağciyər və damar xəstəliklərinə səbəb olurdusa, hazırda daha çox qulaq və burun-boğazla bağlı problemlər yaradır. COVID-19-un son versiyası olan “Omikron”dan sonra ani eşitmə itkiləri kimi narahatlıqlar ortaya çıxa bilir.

Bununla bağlı son vaxtlar yayımlanan araşdırmalardan bəhs edən Koçakın sözlərinə görə, araşdırma nəticələri xüsusilə eşitmə sistemini dəstəkləyən hüceyrələrin zədələndiyini ortaya çıxarıb.

“Xəstələrdə eşitməni dəstəkləyən hüceyrələrin dərmanlarla uğurlu şəkildə müalicəsi mümkündür. Bu problem daha çox orta yaşlı insanlarda müşahidə edilir, uşaqlar və yaşlılar arasında çox da rastlanmır. Xəstələr adətən qulaqda cingilti, eşitmənin itməsi, tıxanıqlıq şikayətləri ilə müraciət edir və COVID-19-dan dərhal və ya bir müddət sonra qulaqlarında cingilti olduğunu, qeyri-adi səsin yarandığını, bəzilərində uğultu, bəzilərində yüksək tezlikli uğultu şəklində səslər yarandığını bildirirlər. Bəziləri isə heç eşitmədiklərini deyirlər”, - Koçak qeyd edib.

O, müalicənin də klassik eşitmə itkisi müalicəsindən fərqli olduğunu vurğulayıb. Nadir hallarda xəstəliyin qalıcı olduğunu və əksər xəstələrdə müalicədən sonra sağalma olduğunu nəzərə çatdırıb.//oxu.az



REKLAM