sehiyye.info

Mayonezin yaratdığı xəstəliklər

Mayonezin yaratdığı xəstəliklər
Mayonezdən sui-istifadə pankreatit və xolesistit də daxil olmaqla, bir sıra ciddi xəstəliklərə səbəb ola bilər.

Seghiyye.info Publika.aza istinadən xəbər verir ki, bu barədə qastroenteroloq, diyetoloq Nuriya Dianova xəbərdarlıq edib.

Ekspert bildirib ki, bundan əlavə, mayonezdən çox istifadə çəkinin artmasına səbəb olur.

“Artıq çəki, pankreatit, xolesistit mayonezə mənfi reaksiya verən əsas üçlükdür. İstənilən ədviyyatlı yeməklərin fonunda mayonez çox yağlı olduğu üçün həzm kanalı rahatlaşır və tez-tez mədə yanğısı olur. Bu, mayonezə reaksiya verən əsas xəstəliklər qrupudur”, - həkim “Ura.ru”ya müsahibəsində qeyd edib.

Dianova əlavə edib ki, mayonez çox yağlı məhsuldur: onun tərkibində təxminən 60% yağ var. Alternativ variantlar olaraq, diyetoloq evdə hazırlanmış mayonez və ya xama istifadə etməyi məsləhət görüb. Onun fikrincə, bunlar mədəaltı vəzi və öd kisəsinə çox zərər verməyəcək.



REKLAM