sehiyye.info

Subay kişiləri gözləyən TƏHLÜKƏ

Subay kişiləri gözləyən TƏHLÜKƏ
Subay kişilərin vaxtından əvvəl ölmə ehtimalı 3 dəfə çoxdur.

Sehiyye.info xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi praktika üzrə baş müstəqil mütəxəssisi Oksana Drapkina xəbərdarlıq edib.

“Siqaret, sistematik alkoqol istehlakı, stress 55-64 yaş arası kişilər üçün əsas risk faktorlarıdır. Üstəlik, ailəsinin olmaması vəziyyəti daha da ağırlaşdıra bilər. Bəli, subay olmaq kişilərin sağlamlığı üçün yaxşı deyil - vaxtından əvvəl ölüm riski 3 dəfə artır”, - ekspert bildirib.

75 yaşdan yuxarı kişilər üçün əsas risk faktorlarına siqaret çəkmək, iltihablı xəstəliklər, böyrək funksiyasının pozulması və fiziki hərəkətsizlik daxildir. Drapkinanın sözlərinə görə, 55-64 yaşlı qadınların uzunömürlülüyünə stress və hipertoniya mənfi təsir göstərir. Uşağın olmaması da qadınların sağlamlığına mənfi təsir edir.//publika



REKLAM