sehiyye.info

Hər gün bir soğan yeyin .

Hər gün bir soğan yeyin .
Bu gün sizə soğanın faydalarından və ziyanlarından danışacağam. Həmçinin, siz bu videoda onu da biləcəksiniz ki, hansı soğan ziyansızdır.

Müasir dövrümüzdə, demək olar ki, hər bir insan sağlamlığını qorumaq haqqında düşünür və sağlam qidalanmağa çalışır. Amma onlar fərqinə varmır ki, bəzi meyvə və tərəvəzlərin düzgün qəbul edilməməsi fayda yox, ziyan verə bilər. Bu cür –həm xeyirli, həm də ziyanlı tərəvəzlərdən biri soğandır. Müqayisə etsək, təbii ki, soğanın faydası ziyanından çoxdur. Amma elə xəstəliklər var ki, onların mövcudluğunda soğan yemək qadağandır.
Soğanın faydalılığı tərkibində bol miqdarda vitamin və mikroelementlərin olmasındadır. Məsələn; dəmir, kükürd, flüor (ftor), kalisum və flavanoidlər soğanı faydalı qidalar siyahısına daxil edir.
Hələ 6000 il əvvəl insanlar bu tərəvəzi tanıyırdılar. Qədim Yunanıstanda soğan dərman bitkisi kimi istifadə edilirdi. Romada döyüşçülər hər gün soğan yeyirdilər. Belə düşünürdülər ki, o, qorxmazlıq və güc verir. Amma getdikcə insanlar soğanın müdriklik və gümrahlıq mənbəyi olduğu qənaətinə gəldilər və onu gündəlik qida rasionuna əlavə etdilər.
Qədimdə olimpiadalarda iştirak edən idmançılar uzunmüddətli məşqlərə sinə gərməyin yolunu soğan yeməkdə görürdülər. Düzdü, müasir dövrümüzdə soğan sırf bu məqsədlərlə istifadə edilmir. Amma o, hər bir mətbəxin yaraşığıdır. Soğansız keyfiyyətli yemək hazırlamaq mümkün deyil. Bundan əlavə, soğanı həm dərman bitkisi, həm də kosmetoloji vasitə saymaq olar.
Soğanın faydaları bunlardır:
-Ürək və qan-damar sisteminin sağlamlığını qoruyur; Tərkibindəki antioksidantlar ürək divarındakı soyuqdəyməni aradan qaldırır. Soğan atresklerozun irəliləməsinin qarşısını alır, pis xolesterolun səviyyəsini yüksəlməyə qoymur, qan təzyiqini stabilləşdirir. Mütəxəssislərin fikrincə, gün ərzində 40-50 qr soğan yemək pis xolesterolun və trigliseridin səviyyəsini aşağı salır. Damarlarda soyuqdəymə səbəbilə baş verən iltihablanmanı yox edir, beləcə, tromblaşmanın qarşısını alır. İnsultun, infarktın və arteriyada yarana biləcək ən təhlükəli trombların risk faizini minimuma endirir. Alman alimləri müəyyən edib ki, hər gün bu möcüzəvi tərəvəzi yemək arterial təzyiqi 7% aşağı salır. Amma bir şeyi vurğulamaq istəyirəm ki, əgər ürək və qan-damar sisteminizdə problem varsa, soğan təkbaşına o problemin öhdəsindən gəlməyə bilər. Odur ki, həkimə müaciət edin və soğanla yanaşı müəyyən edilmiş dərmanlardan da istifadə edin.
-Qrip, soyuqdəymə, rinit zamanı ən yaxın köməkçidir; Uşaqlığımızın resepti: tutulan buruna soğan iylədilməsi. Soğan qoxusu nəfəs yollarını açır, soyuqdəymədən əmələ gələn virus və bakteriyaları yox edir. Məsləhətdir ki, soyuqdəymənin və burun tutulmasının ilk etapında təzə soğan götürün, doğrayın, onun qoxusunu gah burundan, gah da ağızdan içinizə çəkin. Narahatlığınız, təxminən, 20 dəqiqəyə yox olacaq. Bu proseduru gün ərzində 3-4 dəfə təkrarlasanız, daha yaxşı olar.
-Böyrək xəstəliklərinin müalicəsində effektivdir; Soğan, xüsusilə, kəskin və xroniki pielonefrit, aşağı sidik yollarının iltihabi xəstəlikləri (sistit) və uretrit zamanı faydalıdır. Resept sadədir: 3 çay qaşığı soğan qabığı götürün. 400 ml suda, təqribən, 1 dəqiqə qaynadın. Sonra ağzı bağlı qabda 30 dəq soyumağa qoyun. İlıq halda gündə 3-4 dəfə, hər dəfə də yarım stəkan içə bilərsiniz.
Soğanın faydalılığı tərkibində bol miqdarda vitamin və mikroelementlərin olmasındadır. Məsələn; dəmir, kükürd, flüor (ftor), kalisum və flavanoidlər soğanı faydalı qidalar siyahısına daxil edir.
- Soğan ayaqlardakı spazmlar zamanı da köməyə çatır; Bir ovuc soğan qabığını blenderdən keçirin, 1 çay qaşığı götürüb suya qatın. 10-15 dəqiqə dibinə çökməsini gözləyin. bu qarışımı yatmazdan qabaq için.
-Dırnaqlardakı göbələkləri yox edir; Belə hallarda ayağınızı hər gün soğan qabığı ilə vanna etməlisiniz. Yenə soğan qabığını suda qaynadın, həmin suda ayaqlarınızı, ən azı, 20-30 dəqiqə saxlayın.
-Bişmiş soğan öskürəyə qarşı; Bronxitə qalib gələn ən güclü vasitələrdəndir. Soğanı hətta mədəsində soyuqdəymə olan insanlar da qəbul edə bilər. Şərab şüşəsini doğranmış soğan ilə doldurun. Tıxacla ağzını bərk-bərk bağlayın. Üstünə xəmir yaxın və sobanın içinə qoyun. Qırmızı rəng alana qədər orda saxlayın. Sonra çıxarın və soyumasını gözləyin. Gündə 4 dəfə, 2 xörək qaşığı olmaqla, yeməkdən sonra qəbul edin.



REKLAM