sehiyye.info

Yaponiyada sirli hepatit çoxalır

Yaponiyada sirli hepatit çoxalır
Yaponiyada 7 uşaqda naməlum mənşəli hepatit aşkar edilib.

Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi bildirib.

Qeyd olunur ki, xəstəliyə tutulan uşaqların yaşı 16-dan aşağıdır.


Bu günədək Yaponiyada naməlum mənşəli hepatit 31 nəfərdə aşkar edilib. İlk dəfə xəstəlik ölkədə aprelin 25-də qeydə alınmışdı.


Ümumiyyətlə, dünyada bu günədək 31 ölkədə 610 nəfərdə naməlum mənşəli hepatit aşkar edilib.//medicina.az



REKLAM