sehiyye.info

Hicama - küpə üsuluyla müalicə: Kimlərə olar, kimlərə olmaz? - VİDEO

Hicama - küpə üsuluyla müalicə: Kimlərə olar, kimlərə olmaz? - VİDEO
Hicama nə deməkdir?
Hicama , hacamat, həcəmət, qanalma, küpə üsuluyla müalicə kimi müxtəlif adlarla məşhurdur. Hacamat sözü ərəbcə "əmmək" mənasını verir (qanın sorulması). Venamızdan (damardan) verdiyimiz qanın tərkibiylə digər əzələ-oynaq nahiyəmizdən alınacaq qan nisbətən fərqlidir.

Hicamanın 2 növü var:
Quru və yaş. Yəni quru qanalma zamanı banka hər hansı nahiyədə sorucu qüvvə yaradaraq 3-7 dəq qalır və heç bir kəsik aparılmır (qeyri-invaziv metod). Yaş hicama zamanı vakuum hesabına dolu qanlılıq yaranır daha sonra isə həmin nahiyələrdə kiçik steril kəsik aparılır və həmin yerə yenidən banka qoyularaq sorulma vasitəsilə qan çıxır, atılır. Bəzən 2 dəfə banka dolub-atılması təkrarlanır (xəstənin vəziyyətindən asılı olaraq dəyişir).

Mexanizmi
Küpə üsuluyla qan almanın mexanizmi və terapevtik effekti tam aşkarlanmasa da, bir çox xəstəliklərdə müsbət nəticələri var. Yaş hicama metodu təxminən süni böyrək funksiyası kimidir. "İn vivo"da böyrək hidrofobik (suda həll olmayan) maddələrin filtrasiyasını həyata keçirir. Bu üsulda isə həm hidrofobik, həm də hidrofolik (suda həll olan) filtrasiya prosesi həyata keçirilir. Yüksək təzyiq yaradaraq sorulmuş qan həcmi artır, həmçinin kapillyarların filtrasiyası hesabına hüceyrəarası maye filtrasiya olunur (təmizlənir). Təmizlənmiş qan xəstəliklərə səbəb olan prostaqlandinlərin iltihab mediatorlarının stimulyasiya olunmasının qarşısını alır. Skarpel vasitəsilə çərtilmiş sahədə hüceyrənin iltihab miqrasiyası və endogen opioid sintez sayəsində anadagəlmə və qazanılmış immunitet artır. Buna görə də qan axımı yaxşılaşır, toxumaların oksigen təchizatı və perfuziyası artır, toksinlər xaric olur, neyroendokrin (sinir-hormonal) balans bərpa olunur.

Hacamat (küpə üsuluyla qanalma) zamanı mənfi təzyiq hesabına hiperemiya (doluqanlılıq) yaranır və həmin nahiyədə olan iltihablanmış (miqrasiya etmiş leykositlər), toksinlərlə zəngin trombositlər (qan lövhəcikləri), çox aşağı sıxlıqlı lipidlər, yağlar və digər zərərəli maddələrlə dolu qan atılır.

Kimlərə olar, kimlərə olmaz?

Profilaktik məqsədlə ildə 4 dəfə, müalicə məqsədi ilə 10 gündən və ya 2 aydan bir prosedur aparılır, həkim nəzarəti ilə fasilə verilir.

Küpə üsulu (hicama) baş, boyun, bel, diz, ayaq və digər sinir-əzələ ağrıları zamanı tətbiq edilir. Həmçinin, sistem xəstəliklərdən revmatoid artrit, yüksək təzyiq (hipertoniya), ürək-damar xəstəlikləri, şəkərli diabet, psixoloji narahatlıqlar (mental pozulmalar), keçirilmiş xroniki xəstəliklərin reabilitasiya dövrü və dəri xəstəlikləri zamanı istifadə edilir.

Ürəyin işemik xəstəlikləri zamanı, antikoqaulyantların istifadəsi zamanı edilən nahiyədə hər hansı infeksiya varsa, kəskin anemiya, hemofiliya, açıq yaralar, sümük qırılması, dərin vena trombozu, menstruasiya zamanı, hamiləlik və uşaqlıq qanaxmaları dövründə bu proseduru etmək olmaz.

Həmçinin çox kiçik yaş və heraitrik (çox yaşlı) insanlara tətbiq etmək məsləhət deyil. Xərçəng xəstələrinə mütləq göstəriş olmadan təyin edilməməlidir. Hər hansı qan laxtalanmasıyla bağlı problemi olanlarda qanda D-dimer səviyyəsinə baxılmalıdır. Ümumiyyətlə, ümumi qan analizinə diqqət edilməlidir.

Texnikası

İlk öncə qeyd edək ki, bu işlə tibb personalı məşğul olmalıdır. Hicama yüksək ixtisaslaşmış və prosedura yiyələnmiş feldşer və həkimlər tərəfindən tibb mərkəzlərində tətbiq olunmalıdır (Məsələn, Apifitoterapiya mərkəzində bu xidmət mövcuddur - www.afm.az) .

Prosedur 5 mərhələdə aparılmalıdır:

Demarkasiya (yerin təyin olunması),
Sterilizasiya (təmizlənmə),
Skarfikasiya (kəsilmə),
Sorulma,
Sterilizasiya,
Kəsilmədən öncə hacamat bankaları ilə vakuum yaradılmalıdır.

Əks təsir
Hicama zamanı ağırlaşmalara da rast gəlmək olar. Başgicəllənmə, qanazlığı, ürəkbulanma, bayılma, yuxusuzluq və s. təsirlər mümkündür. Həmçinin infeksiya riski də mövcuddur.



REKLAM