Küçədə uşaq dünyaya gətirən qadın körpəsini çantaya qoyub qaçdı - FOTO

Şanlıurfada küçədə uşaq dünyaya gətirən qadın körpəsini çantaya qoyub qaçıb.
Hadisə Şanlıurfanın Siverek mahalına bağlı Camikebir məhəlləsindəki Adnan Menderes Bulvarı ətrafında baş verib.
Sehiyye.info lent.aza istinadən xəbər verir ki, gecə saaatlarında məhəllənin qaranlıq küçəsinə gələn hamilə qadın burada təkbaşına uşaq dünyaya gətirib.
Bundan sonra qadın körpəsini çantada küçəyə qoyaraq ərazidən uzaqlaşıb.
Körpənin səsini eşidən məhəllə sakinləri polisə və həkimə müraciət edib.
Həkimlər körpənin səhhətinin yaxşı olduğunu deyir.
Polis körpəsini küçəyə atana ananı axtarır.