Psixi xəstəliklərin COVID-19 peyvəndinə təsiri aşkarlanıb
San-Fransiskoda Kaliforniya Universitetinin amerikalı alimləri psixi xəstəliklərin COVID-19-a qarşı peyvəndə təsirini aşkar ediblər. Məlum olub ki, psixoz, bipolyar pozğunluq və narkotik asılılığı kimi sağlamlıq problemləri peyvənddən sonra koronavirus infeksiyasına yoluxma riskinə təsir edir və nəticədə 14 faiz artım müşahidə olunur. Araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Bunun üçün ekspertlər COVID-19-a qarşı peyvənd olunmuş və ya ən azı bir dəfə orqanizmdə virus və ya anticisimlərin olub-olmaması ilə bağlı testdən keçmiş 250 mindən çox insanın məlumatlarını təhlil ediblər. Eyni zamanda sınaqlarda iştirak edən insanların yarısında psixi sağlamlıq problemlərinin olduğu ortaya çıxıb.
Məlum olub ki, 65 yaşdan yuxarı psixoz, bipolyar pozğunluq, adaptasiya pozğunluğu və emosional narahatlığı olan xəstələrdə xəstələnmə şansı sağlam psixikası olan insanlarla müqayisədə dörddəbirdən çox artıb. 65 yaşdan kiçik insanlar isə 11 faiz daha az səviyyədə psixi xəstəliklərdən əziyyət çəkirlər. Bundan əlavə, xəstə nə qədər gənc olarsa, yoluxma ehtimalının da bir o qədər az olduğu məlum olub.//oxu.az