sehiyye.info

Zəhərlənmə zamanı nə etmək lazımdır

Zəhərlənmə zamanı nə etmək lazımdır
Təəssüf ki, zəhərlənmənin əlamətləri çoxlarına məlumdur. Çox vaxt qida zəhərlənməsi ilə qarşılaşırıq: kiminsə nitratla çox doymuş qarpız alan zaman bəxti gətirmir, kimsə səhlənkarlıq və ya ehtinasızlıqdan istifadə müddəti bitmiş ərzaqları qəbul edir və ya qəribə görünən göbələyi yenə də bişirir. Xəstəliyin öz-özünə keçəcəyini gözləməyin. Şiddətli bir zəhərlənmə forması xoşagəlməz nəticələrə səbəb ola bilər.

Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində zəhərlənmələrin öhdəsindən gəlmək və həzm narahatlığının qarşısını almaq barədə danışırıq.
Qida zəhərlənməsi, xarab olmuş və ya keyfiyyətsiz qidalar yedikdən sonra baş verən həzm xəstəlikləridir. Qida zəhərlənməsinə və dizenteriya, salmonellyoz, esxerioz bakteriya və virusların səbəb olduğu digər xəstəliklər daxildir. Bakteriyalar hər yerdə var, amma başqa bir sual hansı bakteriyanın və hansı miqdarda olmasıdır. Gigiyena qaydalarına əməl edilmirsə, qida düzgün hazırlanmır və ya düzgün saxlanılmırsa, köhnəlmiş qida qəbul edilirsə və ya immunitet zəifləyirsə bakteriyalar orqanizmin sağlamlığına patogen təsir göstərir.

Qida zəhərlənməsinin səbəbləri
Qida zəhərlənməsini iki qrupa bölə bilərik:

zəhərli, yeyilməyən maddələrlə zəhərlənmə, məsələn zəhərli göbələk, giləmeyvə;
hər hansı bir səbəbdən çox miqdarda zəhərli bakteriya olan yeməli məhsullarla zəhərlənmə. İkinci qurup zəhərlənmə ən çox yayılandır.
Bir insan zərərli mikroorqanizmlər olan su və qida ilə zəhərlənə bilər. Zəhərlənməyə çox vaxt çirkli meyvə və giləmeyvə, çiy su və süd, xarab olmuş, fermentləşdirilmiş süd məhsulları səbəb olur. Salmonellyozaya xarab olan ət, yumurta, yuyulmamış tərəvəz və göyərti istehlakı səbəb ola bilər. Zəif gigiyena, xüsusilə uşaqlarda qida zəhərlənməsinin çox yayılmış səbəblərindəndir.


Qida zəhərlənməsinin əlamətləri
Həzm traktının pozğunluqları ümumiyyətlə keyfiyyətsiz bir məhsul qəbul edildikdən 2-4 saat sonra ortaya çıxır və ümumi zəiflik, ürək bulanması, davamlı qusma, boş nəcis, qızdırma, üşütmə, qarın ağrısı, sürətli nəbz, dodaqların və üzün rənginin dəyişməsi ilə xarakterizə olunur. Bu əlamətlər bir çox amillərdən asılıdır: xəstənin yaşı, bədənin ümumi vəziyyəti, patogen bakteriyaların növü və s.

Qida zəhərlənməsi zamanı ilk yardım
Qida zəhərlənməsi ümumiyyətlə evdə müalicə olunur. Bununla birlikdə, həzm narahatlığının mürəkkəb formaları üçün həkimə müraciət etmək lazımdır. Bu, xüsusilə risk qruplarındakı insanlar – körpələr və kiçik uşaqlar, xroniki xəstəlikləri olan insanlar, yaşlılar və hamilə qadınlar üçün keçərlidir.

Sehiyye.info yerli mətbuata istinadən bildirir ki,zəhərlənmə zamanı ilk yardım nə qədər tez hərəkətə keçdiyinizdən və simptomların nə qədər əvvəl ortaya çıxmasından asılıdır. Əvvəlcə çirklənmiş qidaların xəstənin bədəninə hopub-hopmadığını müəyyənləşdirin. Əks təqdirdə, udulmamış zərərli maddələrin gücləndirilmiş şəkildə aradan qaldırılması ilə məşğul olmalısınız. Mədə yuyulması buna kömək edəcəkdir. Su və mətbəx sodası məhlulu və ya solğun çəhrayı kalium permanganat məhlulundan litr yarım – iki litrə qədər içmək və sonra qusmağa məcbur etmək lazımdır. Mədənin tam təmizlənməsi üçün yuyulma təkrarlanmalıdır.
Zərərli maddələr artıq bədənə hopubsa, sorbentlər onları bağırsaqdan çıxarmaq üçün istifadə olunur. Aktivləşdirilmiş karbon, sorbent kimi geniş istifadə olunur. Hər 3 saatda 4 tablet qəbul edilməlidir.
Çox miqdarda qusma və ya ishal ilə dehidrasiyanın qarşısını almaq üçün xəstələrə duz məhlulu ilə bol su içmələri tövsiyə olunur. Üç litrə qədər seyrrəldilmiş “Regidron” içmək lazımdır (1 l suya 1 torba). Qidadan zəhərlənmə qusma və ishal olmadan keçərsə, toksinlərin hopmasını azaltmaq üçün süni şəkildə laksatiflərlə induksiya etmək lazımdır. Bunun üçün maqnezium və ya sodyum sulfatlar istifadə olunur. Yarım stəkan suyu, 1 bir xörək qaşığı maddə ilə həll edib alınan məhlulu və bol su içməlisiniz.
Qarın ağrısı, temperatur, göz ağlarının saralması, davamlı qusma, qusma içərisində qan, qan və ya mucus ilə uzun müddətli ishal kimi simptomlar üçün həkimə müraciət edin.



REKLAM