sehiyye.info

Yelena Zelenskayanın həyatının gizli məqamları - O, Vladimiri 4 il əvvəl "prezident təyin edibmiş"

Yelena Zelenskayanın həyatının gizli məqamları - O, Vladimiri 4 il əvvəl "prezident təyin edibmiş"
Qadınların kişilərdə qiymətləndirdiyi ən əsas keyfiyyət güclü yumor hissidir. İstisnalar olsa da, bu, psixologiya tarixində dəyişməz bir qanundur. Kişi səni güldürə bilirsə, deməli ondan yaxşı ər və yaxşı ata olacaq. Ağıllı qadın bilir ki, belə kişi ilə heç vaxt darıxmaz. Axı gülüş həmişə qəlbin və ruhun ən yaxşı gigiyenası sayılıb. Bəs, Ukraynanın ən güclü yumor aktyoru statusundan prezident postuna keçən Vladimir Zelenski özü əks cinsdə hansı xüsusiyyəti yüksək qiymətləndirirdi? 41 yaşlı prezidentin qəlbini oğurlaya bilən qadın nə ilə seçilirdi?

Publika.az bu yazıda oxucuları Ukraynanın yeni birinci ledisi Yelena Zelenskayanın həyat yolu ilə tanış edib.

Bu sarışın xanım haqqında ilk dəfə Vladimir Zelenskinin ulduzu Rusiya-Ukrayna şou-biznesinin üfüqündə parlayanda danışmağa başladılar. Pərəstişkarları sənətçinin ömür-gün yoldaşını tanımağa can atırdı. Xüsusilə onları maraqlandırırdı ki, aktyorun xanımı istedad baxımdan ərinə nə dərəcədə uyğundur. Birinci xanımın valideynləri barəsində məlumat azdır. Hər halda şübhə yoxdur ki, tərcümeyi halındakı bu boşluqlar ərinin siyasi fəaliyyətinə başlaması ilə dolacaq.

Ukraynanın birinci xanımı Yelena Zelenskaya əri ilə eyni ildə - 1978-ci ildə Krivov Roqda anadan olub. Yelena gələcək əri və Ukrayna prezidenti ilə paralel sinfdə oxusa da, onlar məktəb divarlarını tərk etdikdən sonra tanış olub. Cütlüyün yaxından tanışlığı tələbəlik illərinə söykənir. Zelenski bir gün küçə ilə gedərkən Yelena ilə rastlaşır və təxirə salmadan qızı dilə tutur. Fərasətli Vladimir tanışlıq üçün anındaca bir bəhanə tapır. Yelenanın əlində Şeron Stounun aktrisaya şöhrət gətirən “Əsas instinkt” erotik filminin kaseti var idi. O, qıza filmi birlikdə izləməyi təklif edir. Yelana nömrəsini qeyd edib kaseti oğlana verir. Beləliklə “Əsas instikt” filmi cütlüyün həyatında dönüş nöqtəsi olur.
Yeri gəlmişkən, onda gələcək birinci xanımın həyatında başqa oğlan var idi. Gülüş ustasının qarşısında tab gətirə bilməyən Yelena sevgilisini atır və Zelenskinin qollarına tələsir. O, əmin idi ki, yeni tanışlıq ona əbədi təbəssüm, təbəssüm isə böyük enerji və ruh yüksəliyi vəd edir.

“Əvvəlcə Vova ilə münasibətlər yolunda deyildi, çünki onunla görüşmək istəmirdim. Amma bizim ünsiyyətimiz məni razı saldı. Biz həyata bir istiqamətdə baxır və eyni musiqiləri bəyənirdik, ortaq cəhətlərimiz çox idi. Mənə elə gəlir ki, bu faktor istənilən münasibətlərdə vacibdir. O, məni ləyaqəti, nəzakəti və iti ağlı ilə cəlb etdi. Sonrası da onunla heç vaxt darıxdırıcı deyil. Vladimirlə baxışlarımızın ilk dəfə nə vaxt toqquşduğunu xatırlamıram, çünki Zelenskini məktəbdə hamı tanıyırdı. Onun ətrafı həmişə parlaq olub. Əgər haradasa deyib-gülmək varsa, deməli, Zelenski orada idi. Gimnaziyaya 7-ci sinifdə gəldim, bu andan biz paralel siniflərdə oxumuşuq. Mən bilirdim ki, Zelenski də məktəbdə oxuyur, amma şəxsi tanışlığımız olmamışdı” , - deyə Yelena çıxışlarında bildirib.

"Qızlarla problemim heç vaxt olmayıb. O, çox inadkar çıxdı. Lenanın sevgisini qazanmaq mənim üçün maraqlı idi, bundan sonra duyğular sevgiyə çevrildi” , - deyə şoumen səmimi şəkildə etiraf edib.
Yelena Zelenskayanın həyatının gizli məqamları - O, Vladimiri 4 il əvvəl "prezident təyin edibmiş"



REKLAM