sehiyye.info

Ala qanqal tozu qaraciyəri təmizləyir.

Ala qanqal tozu qaraciyəri təmizləyir.
Hepatoprotektor kimi qaraciyər xəstəliklərində (hepatit və sirrozlarda), dalaq xəstəliklərində, öd yollarının iltihabında, öddaşı xəstəliyində, kolitlərdə, xolesistitlərdə, şəkərli diabetdə və s. xəstəliklərdə istifadə edilir. Cinsi həvəsi artırır,öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Təbabətdə tərqovucu vasitə kimi də məşhurdur. Kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir.

İstifadə qaydası:

30 qr xammalın üzərinə 0,5 l qaynar su tökülür, su hamamında suyun yarısı qalana qədər qaynadılır, süzülür. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1 saat sonra daxilə qəbul edilir. Müalicə kursu 1-2 aydır. Həmçinin,toxumu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl 1 ay müddətində qəbul etmək olar.//avismed



REKLAM