sehiyye.info

Yüksək təzyiqi salan 10 ən yaxşı ərzaq bunlardır.

Yüksək təzyiqi salan 10 ən yaxşı ərzaq bunlardır.
Yüksək təzyiqi olan xəstənin gündəlik qidası onun arterial təzyiqinə birbaşa təsir edir. Onlar yeməklərini ciddi seçməlidir.

Həqiqətən də təzyiqi salan və yüksəlməsinə qarşı ərzaqlar var.

Sehiyye.info xəbər verir ki, nutrisioloq İrina Yeşenko təzyiqi salan ərzaqların ən yaxşılarını açıqlayıb.

Gün ərzində təzyiqin qalxmasını istəməyənlər rasiona bolluca sitrus meyvələri – limon, portağal, narıngi, kivi daxil etməlidir.

Eləcə də duzsuz düyü, süd, təbii yoqurt, üzüm, quru ərik, yulaf yarması, treska balığı, şirin kartof da yüksək təzyiqi salır.

Təzyiqi olanlar konserv məhsulları, şoraba, duz, şirniyyat, yağlı qidalardan və qəhvədən uzaq durmalıdır.

//redaktor.az



REKLAM